Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Rövşən Rzayev etimadı doğrulda bilmir...
Rövşən Rzayev etimadı doğrulda bilmir...1-11-2018, 15:07 |
DİA.AZ: - Son prezident seçkilərindən sonra Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə gətirilən Rövşən Rzayev deyəsən, ona göstərilən etimadı doğrulda bilməyib. Hər halda, anlaşılanı budur. Bununla bağlı DİA.AZ-a danlşan bilgili qaynaq iddia edir ki, gəldiyi ilk günlərdən barəsində daha çox neqativlər toplayan Rövşən Rzayevə axır "yuxarılar" da "yaxşı işləmədiyi" haqda işarələr etməkdədirlər. Mənbənin dia-az.life-a söylədikləri: "Son altı ayın hesabatına nəzər saldıqda aşkar şəkildə görmək olar ki, Rövşən Rzayev əvvəlki "Qaçqınkom" şefi qədərində şikayətlərə nədən olub. Həmin hadisələrin hər biri yerli KİV-lərdə işıqlanmasa da, ayrı-ayrı dövlət qurumlarına bu barədə davamlı şikayət axınları müşahidə olunub ki, bütün bunlar da Rövşən Rzayevin əlaeyhinə işləməkdədir". Bunun nə ilə bitəcəyinə gəlincə isə mənbəmiz bildirir ki, hər halda keçmiş deputat bu şəkildə görəv başında uzun müddət qala bilməyəcək: "Onun sürəsi erkən də dola bilər. Kiminsə alınına yazılmayıb ki, "sən təzəsən, istədiyini edə bilərsən və sənə 5 il toxunulmayacaq". Belə şey yoxdur. Yəqin ki, vəziyyətin bu gərginlikdə gedəcəyi təqdirdə Rövşən Rzayevlə yollar erkən ayrıla bilər". Əlavə bilgilərimiz və bu barədə geniş analitik yazımız olacaq. Bizi izləməkdə davam edin. Geri qayıt |