Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sərgüzəşti-Xani-Lənkəran...

Sərgüzəşti-Xani-Lənkəran...


7-11-2018, 11:24
Sərgüzəşti-Xani-Lənkəran...
Azərbaycanda məmurlar bivecliyi vətəndaşların, şəhid ailələrinin, məcburi köçkünlərin əsəblərini tarıma çəkib. Onların laqeydliyi ilə paralel olaraq lüks həyatı, xalqın sərvətləri hesabına milyonçu həyatı ikiqat qəzəb doğurur, təbəqləşmə dərinləşir. Axı niyə məmurlar və balaları zəngin həyat yaşamalı, vətəndaşlar isə ehtiyaclar içində olmalıdır?!

Bu günlərdə iki hadisə sosial şəbəkələrdə müzakirələrə yol açıb, müqayisələr yaradıb.

Biri Lənkəranın icra başçısı Taleh Qaraşovun şəhidin yasına pul verməməsi, digəri isə onun qardaşı oğlu Fərhad Qaraşovun son model “Audi Q8” avtomobili Bakıya gətirməsidir.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov dünyada hələ yenicə satışa çıxarılan bahalı avtomobili Bakıya gətirib.

DİA.AZ bildirir ki, A24.az-ın əldə etdiyi xəbərə görə, Almaniyanın lüks avtomobil istehsalçısı “Audi”nin “Q” seriyasından ən son model olan “Audi Q8” avtomobili ilə paytaxt küçələrində şütüyən F.Qaraşov yenidən gündəmə gəlib.

F.Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğludur. Fərhad Qaraşovun adı bir müddət öncə qəza hədisəsində hallanıb.

F.Qaraşov 17 oktyabr 2017 -ci ildə 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub. Sabiq məmur isə sükan arxasında oğlunun yox, sürücünün olduğunu açıqlamışdı. A.Qaraşovdan fərqli olaraq, onun qardaşı Taleh Qaraşov Lənkəran İH başçısıdır.

O, əvvəl Kürdəmir, Neftçala və Astarada icra hakim olub. T.Qaraşovun oğlanları də bahalı maşınları ilə tez-tez gündəmdə olublar.
Amma milyonçuya çevrilən Qaraşovların fonunda şəhidin yasına pul ayrılmaması artıq deməyə söz qoymur.

Doğrudur, şəhidin anasını açıqlama verməyə məcbur etdilər. Lakin "od olmayan yerdə tüstü çıxmır". Bu xəbər ictimailəşəndən sonra Lənkəran İH hərəkətə keçib təkzib yaydırmağa nail oldu.

Faktik isə göz qabağındadır - Bakıya ən son model maşın gətirən qardaşı oğlu bir müddət əvvəl qəza törədir, vətən üçün şəhid olan gəncin isə yasına Lənkəran İH yardım etməyə can verir.

Amma ondan narazılıq edən təkcə şəhid ailəsi yox, lənkəranlılardır. Prezident ötən həftə Lənkərana səfər etdi, bir sıra obyektləri açdı.

Lakin T.Qaraşovun əməllərini dövlət başçısına çatdırmağa sakinlərə şərait yaradılmadı.

İmkan verilmədi ki, icra başçının kanalizasiya pulunu mənimsədiyi, xəstəxanın qabağını, şəhərin mərkəzi yerlərini satdığını desinlər, özünə Xanbulanda villa aldığını bildirsinlər.

Lənkəranın yolları, ara məhəllələri bərbad vəziyyətdədir, icra başçısı görülən kosmetik işləri də baş həkimin, təhsil şöbəsinin, iş adamlarının puluna həyata keçirib.

Amma Qaraşovlar zəngin həyat yaşayır, bahalı maşınlarda gəzirlər. İcra başçısının oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib və iş adamlarına da qənim kəsilib. Belə ki, Qaraşovun "Hacı" ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir.

Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.Bundan başqa Seymur Qaraşovun adı son olaraq, Lənkəran Gənclər Mərkəzi ilə bağlı gündəmə gəlib.

Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyəçisi kimi adı keçən başçı oğlu Seymur Qaraşov mülkiyyətində olan həmin mərkəzə isə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min dollarından keçdiyinə dair iddialar var.

Virtualaz.org saytının bir müddət öncə yaydığı xəbərdə isə bildirilirdi ki, icra başçısı və övladları tez-tez xarici ölkələrdə istirahət edirlər: “Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib.

Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı bizimlə bölüşüblər".

Hesabat dövründə mətbuatda adı ən çox hallanan İcra Hakimiyyəti başçıları arasında 2-ci yeri “Lənkəran Olimpiya Kompleksinə müəmmalı təyinat - İTTİHAM”, “TALEH QARAŞOVUN RAMİN RƏHİMOVA VƏFA BORCU: ORTADA LƏNKƏRAN İDMAN KOMPLEKSİ - ETİRAZ”, “İcra Hakimiyyəti Lənkəran Olimpiya İdman Kompleksinə rəhbər təyinatı ilə bağlı məsələyə münasibət bildirib”, “Taleh Qaraşov oğlunu cinayətdən qurtarana vəzifə verdi: Prezidentin qarşısına çıxaracaq” başlıqlı 4 məqalənin 5 elektron KİV-də yayılması ilə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tutur.

Bu da onun qardaşı balasıdır ki, son model maşın gətirib, şəhid ailəsinə isə 500 manat yardımı belə etmirlər, ya da məsələ ictimailəşəndən sonra minnətlə verirlər...

Hər halda təki problemlər həll olsun, T.Qaraşovdan razılıq barədə məktublar gəlsin, biz də çap edək.

Geri qayıt