Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > BDU rektoruna Səfər Mehdiyev də himayədarlıq edirmiş...

BDU rektoruna Səfər Mehdiyev də himayədarlıq edirmiş...


16-11-2018, 11:58
BDU rektoruna Səfər Mehdiyev də himayədarlıq edirmiş...
DİA.AZ: - Dünən səs-jüylü şəkildə vəzifəsindən uzaqlaşdırılan BDU rektoru olmuş Abel Məhərrəmovun himayədarları da narahatlıq keçirir. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.

Xəbəri verən qaynağın dia-az.life-a söylədikləri: "Onlardan biri də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. Səfər Mehdiyev zaman-zaman, hətta DGK sədri olmadığı, sədrin birinci müavini olduğu dönəmlərdə də gömrükdə Abel Məhərrəmovun çaxır biznesinə açıq dəstək verib və bu yolla da dövlət büdcəsinə külli miqdarda ziyan vurulub. Əvəzində isə Abel Məhərrəmovda məxsusi olaraq Səfər Mehdiyevin payı çatdırılıb. Bu isə o deməkdir ki, şərab biznesində onlar ortaq kimi olublar".

Mənbə bildirir ki, hətta gömrük işçilərindən kimsə Abel Məhərrəmovun mallarına toxuna bilməyəcək qədərində qadağa var imiş və bu qadağanın altında hər zaman Səfər Mehdiyevin imzası dayanıb.

Mənbə dia-az.life-a onu da bildirir ki, Səfər Mehdiyev son olaylardan zərər görə bilər: "Əgər dövlət bu şərab qalmaqalını araşdırarsa, ortaya daha da ciddi nəticələr çıxa bilər. Başqa adlar da işə bulaşacaq".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt