Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakı meri postu uğrunda daha iki başçı mübarizə aparıbmış...

Bakı meri postu uğrunda daha iki başçı mübarizə aparıbmış...


27-11-2018, 11:38
Bakı meri postu uğrunda daha iki başçı mübarizə aparıbmış...
DİA.AZ: - Məlum olduğu kimi, bu günlərdə prezident İlham Əliyev Bakı meri postuna Eldar Əziziovu təyin etdi. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, bu posta iddialı olan sən demə, təkcə Eldar Əziziov deyilmiş. Və daha iki namizəd iddialı kimi mübariə aparırmış...

Məlumatlı mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, Bakı meri vəzifəsi üçün qollarını çırmayanlardan biri hazırda Lənkərana rəhbərlik edən Taleh Qaraşov olub. Mənbənin söylədikləri: "Amma cənab Qaraşovun arzusu ürəyində qalıb. Əslində Qaraşov nəinki bu iddiasını gerçəkləşdirə bilməzdi, hətta hazırda tutuduğu postda qalıb-qalmaması belə sual altındadır".

İkinci namizədin isə yetərincə şanslı olduğunu qeyd edən mənbə onun adını açıqlamaqdan imtina edərək bəzi məqamları diqqətə açtdırıb: "Həmin şəxs də icra başçısıdır və kifayət qədər nüfuzludur. Hətta "mafioz" xarakterli başçılardan hesab olunur. Amma nə qədər güc sahibi olsa da, iddialarını gerçəkləşdirə bilmədi".

Geri qayıt