Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ermənistan rəhbərliyi işğalçı siyasətilə öz xalqını da təhdid edir
Ermənistan rəhbərliyi işğalçı siyasətilə öz xalqını da təhdid edir29-11-2018, 15:52 |
Azərbaycan və Türkiyə arasındakı ticarət artmalı və türk xalqlarının potensialına cavab verməlidir. SalamNews xəbər verir ki, bunu "Anadolu" agentliyinə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov bildirib. "Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq, nə qonşu ölkələri, nə də digər ölkələri təhdid edir. Biz sülh və qarşılıqlı rifah üçün hər dövlətlə əməkdaşlığa hazırıq", deyə o bildirib. Həsənov bildirib ki, Ermənistan rəhbərliyi, işğalçı siyasəti və Türkiyəyə əsassız iddiaları ilə öz xalqını da təhdid edir: "Əgər Ermənistan sülh istəyirsə, Azərbaycan və Türkiyənin həyata keçirdiyi milli və beynəlxalq əhəmiyyətli layihələrə qatılmaq istəyirsə buyursun. İşğal etdiyi torpaqlardan çəkilsin, sülhün və hüququn tələblərini yerinə yetirsin. Ermənistana qarşı çıxmırıq. Biz Ermənistanı sülh və barışa dəvət edirik". Geri qayıt |