Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dövlət Gömrük Komitəsinə ağır öhdəlik...

Dövlət Gömrük Komitəsinə ağır öhdəlik...


11-12-2018, 12:14
Dövlət Gömrük Komitəsinə ağır öhdəlik...
Vergilər Nazirliyinin və Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli Dövlət Gömrük Komitəsinin 2018-ci ilin 11 ayında büdcə daxilolmalarını Strateq.az saytı üçün şərh edib.

Ekspert bildirir ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 253,1 milyon manat məbləğində vəsait daxil olub. Beləliklə, 2018-ci ilin dürüstləşmiş dövlət büdcəsində DGK üçün müəyyən olunmuş 3 190,0 milyon manat illik proqnoz məbləği 101,98%, yəni 63,1 milyon manatartıqlaması ilə cari ilin 11 ayı ərzində vaxtından qabaq icra edilib:

"DGK xətti ilə dövlət büdcəsinin gəlir mənbələri üzrə illik proqnoz məbləğlərinin cari ilin 11 ayı ərzində təmin olunan icra göstəriciləri gömrük rüsumlarında 827,45 milyon manat daxiloma ilə 107,74%, malların idxalına görə ƏDV-də 2 223,8 milyon manat daxilolma ilə 100,17%, aksizlərdə 165,3 milyon manat daxilolma ilə 96,12%, yol vergisində 36,5 milyon manat daxilolma ilə 121,74% olub”.

Qulu İbrahimli bildirib ki, dövlət büdcəsinə 2018-ci ilin yanvar-noyabr aylarında DGK xətti ilə daxil olan vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 869,7 milyon manat və ya 36,49% çox olub: "Ötən ilin eyni dövrü ilə müqayisədə gömrük rüsumları üzrə 194,5 milyon manat və ya 30,72%, ƏDV üzrə 583,4 milyon manat və ya 35,57%, aksizlər üzrə 87,1 milyon manat və ya 2,1 dəfə, yol vergisi üzrə 4,7 milyon manat və ya 14,7% çox daxilolma olub”.

Ekspert daha sonra qeyd edib ki, 2018-ci ilin on bir ayında DGK-nin orta aylıq büdcə daxilolmaları 295,73 milyon manat təşkil edib. Onun sözlərinə görə, ən yuxarı daxilolma oktyabr ayında (378,1 milyon manat), ən aşağı daxilolma isə fevral ayında (219,7 milyon manat) olub:

"Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 6 dekabrda mətbuata verdiyi açıqlamada bildirib ki, həmin gün üçün DGK illik plan proqnozunu artıqlaması ilə yerinə yetirib və həmin tarixə 3 mlrd. 380 mln. manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Komitə sədrinin açıqlamasına və on bir aylıq daxilolma rəqəmlərinə əsaslanaraq deyə bilərik ki, dekabrın ilk on günü ərzində DGK tərəfindən büdcəyə ödənilən vəsaitin məbləği 150,0 milyon manatdan çox olub. Burdan belə nəticəyə gəlmək olar ki, dekabr ayı üçün daxilolmanın həcmi təqribən 400,0 milyon manat ətrafında ola bilər. Bu da indiyədək olan dövrdə DGK tərəfindən bir ayda təmin olunan ən yuxarı göstərici olar”.

Ekspert vurğulayıb ki, 2018-ci lin yekununda DGK xətti ilə dövlət büdcəsinə təmin olunacaq vəsaitin 3 190,0 milyon manat proqnoza qarşı təqribən 3 600,0 milyon manatdan yuxarı ola bilməsini, beləliklə, 15%-lik və ya 450,0 milyon manatlıq artıq əməletmə proqnozlaşdırıla bilər.

Xatırladaq ki, 2018-ci ilin dövlət büdcəsinin əvvəl təsdiq olunmuş variantında DGK üçün proqnoz 2 430,0 milyonmanat müəyyən olunmuşdu. 2018-ci ilin ortasında dövlət büdcəsinə yenidən baxılaraq, DGK-nin proqnozu 760,0 milyon manat artırılıb və 3 190,0 milyon manata dürüstləşdirilib. 2018-ci ilin yekununda dövlət büdcəsinə DGK-nin təmin edəcəyi vəsaitin həcmi həm büdcənin ilkin variantındakı proqnozu, həm də 2017-ci ilin faktiki daxilolmasını (2608,8 milyon) 1,0 milyard manatdan çox üstələyəcək.

2018-ci ilin son təsdiq olunmuş dövlət büdcəsində 951,0 milyon manat büdcə kəsiri nəzərdə tutulub. İlin yekununda Gömrük Komitəsi tərəfindən proqnoza artıq əməletmə nəticəsində dövlət büdcəsinin həmin kəsiri yarıyadək azala bilər.

Geri qayıt