Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səhiyyə sisteminin daha bir xəstə ünvanı...

Səhiyyə sisteminin daha bir xəstə ünvanı...


12-12-2018, 12:21
Səhiyyə sisteminin daha bir xəstə ünvanı...
Sabirabadın baş həkimi Yusif Quliyev elə bir mühit yaradıb ki, xəstəxanaya sağlam gedən xəstə, pullu gedən pulsuz qayıdır. Xəbər verilir ki, şikayətlər səngimir.

Baş həkim rayon səhiyyəsində Sabirabad bazarı açıb. Bunun nəticəsidir ki, gərək cibin dolu gedəsən, qayıdanda qohum-qonşudan borc istəyəsən, çörəyi nisyə alasan.

Məsələn, qaraciyər xəstəsi olan Sayılova Şəfəq Yaşar qızına Sabirabad rayon Mərkəzi Xəstəxanası2 ay pulsuz dərman verib. Növbəti aylarda bundan imtina edilib.

Rayonun Poladtuğay kənd sakini Şəfəq Sayılovanın istifadə etdiyi dərmanın birinin qiyməti 80 manatdır.

Ay ərzində 5 adda dərmana ehtiyacı olan xəstə bir müddət əvvəl Birinci vitse - prezident Mehriban Əliyevaya, səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etmişdi.

Bundan sonra Ş.Sayılovanın dərmanla təminatı Sabirabad RMX tərəfindən həyata keçirilib. Xəstəni 2 ay dərmanla təmin edən baş həkim sonra imtina edib.

Ay ərzində dərman almağa 400 manat vəsaiti olmayan Ş.Sayılovanın vəziyyəti ağırlaşıb, kəskin ağrılar baş qaldırıb. Göründüyü kimi, Y.Quliyevin fəaliyyəti keçmiş baş həkim Əziz Mikayılovdan fərqlənmir.

Üstəlik, Mehriban xanıma müraciətdən sonra yardımı dayandırması baş həkimin I vitse-prezidentin əleyhinə iş aparması kimi qiymətləndirilir.

Conflict.az-a daxil olan məlumata görə rayon mərkəzi xəstəxanasına baş həkimi Yusif Quliyev tibb personalı üçün yeni qaydalar tətbiq edib.

Ölkə qanunlarına görə Azərbaycanda dövlət səhiyyə müəssisələrində xidmət pulsuzdur.

Lakin yeni baş həkimin tələbləri tibb personalını fərqli düşünməyə məcbur edir. MRX-nin doğum şöbəsində çalışan Kübra adlı xanım isə əksər dövrlərdə, bütün baş həkimlərin "sevimli kadrı" funksiyasını icra edib.

Yusif Quliyevdə bu prinsipə sadiq qalıb. Bu sətirlərdən sonra "Axırıncı aşırım" filimindəki bir epizod yada düşdü - külli ixtiyarı da verib Qəmloya.

Bəli Sabirbaddakı məndənin bildirdiyinə görə Yusif həkimdə Sabirabad MRX-də kulli ixtiyarı verib Kubra xanıma.

Bir neçə ay qabaq xəstəxananın 20-dən çox tibb işçisi istirahət məqsədilə Qusarda olub. İki həkim arasında yaşanan gizli eşq macərası uzun illər məxfi saxlanılsa da, həmin istirahət günlərində hər şey çılpaqlığı ilə üzə çıxıb.

Hətta onların gizli sevişmələri öz iş yoldaşlarının biri tərəfindən mobil telefonla videoya çəkilib və baş həkimə göndərilib.

Məsələdən xəbər tutan Sabirabadın baş həkimi Yusif Quliyev baş verənlərdən narahat olaraq təxirəsalınmaz addımlar atıb.

Belə ki, baş həkim Y.Quliyev gizli eşq macərası faş olan cütlüyün zərif cinsin nümayəndəsini dərhal işdən kənarlaşdırıb, ancaq bəlli olmayan səbəbdən kişi həkimi işində saxlayıb. Həmjn vaxt Y.Quliyev iddialara münasibət bildirməyib.

Onu da deyək ki, Sabirabad Mərkəzi Rayon Xəstəxanası tərəfindən auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən xəstəxananın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməmiş, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmamış, xərclər bəzi hallarda təyinatı üzrə icra edilməyib.

Çarpayı günlərinin faktiki işləmə günü ayrı-ayrı tibb müəssisələri üzrə müxtəlif olmuş, 1 çarpayı gününə sərf olunan dərman xərci illər və tibb müəssisələri üzrə kəskin fərqlənib, Xəstəxana tərəfindən dərman, sarğı ləvazimatları və materiallarına olan tələbatların bəzi xəstəliklərin təyinatına uyğun düzgün hesablamalar aparılmaması səbəbindən nöqsanlara yol verilib.

Xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınmış müxtəlif mal-materiallar uzun müddət istifadəsiz saxlanılaraq səmərəsiz xərcə yol verilib.

Artıq xəstə sayı və menyu-tələbnamələrə çarpayı günlərinin icrasından artıq gün yazılması, həmçinin müvafiq qaydalarda müəyyən edilmiş normalara riayət edilməməsi nəticəsində artıq ərzaqla bağlı artıq büdcə vəsaiti xərclənib.

Təsdiq olunmuş ərzaq məhsullarının siyahısında nəzərdə tutulmayan ərzaq məhsulları alınıb.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
\\azerinfo.az\\
Geri qayıt