Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bəs maliyyə nazirliyini kim yoxlayacaq?

Bəs maliyyə nazirliyini kim yoxlayacaq?


14-12-2018, 16:26
Bəs maliyyə nazirliyini kim yoxlayacaq?
DİA.AZ: - "Mən bir fəhlə babayam. Yetim adamam. Heç bir savadım yoxdur. Amma suallarım var", Bu sözləri DİA.AZ-a yazan və özünü "sıravı Azərbaycan vətəndaşı" kimi təqdim edən oxucumuz bildirir ki, bu gün Azərbaycanın maliyyə nazirliyinin fəaliyyətinin heç bir dövlət qurumu tərəfindən təftiş olunmaması olduqca ciddi böhrandan xəbər verir.

Oxucumuz dia-az.life-a yazır: "Hər gün xəbərlər oxuyuruq ki, maliyyə nazirliyi hansısa dövlət qurumunu yoxlayır. Tamam. Yaxşı hadisədir. Qəbulediləndir. Amma anlaşılmayan bir məsələ var. Bəs maliyyə nazirliyini kim yoxlayacaq? Və yaxu da yoxlayır... Bu vaxta qədər heç bir rəsmi dövlət qurumunun Samir Şərifovla bağlı araşdırmasına rast gəlməmişəm. Hətta Milli Məclis belə büdcə müzakirələri vaxtı və həmçinin, digər müddətlərdə Samir Şərifovun hansısa formada yoxlanılmasından danışmır və yaxud da danışa bilmir".

Oxucumuz bildirir ki, Samir Şərifov bu gün dövlətin bir çpx qurumlarında rəsmən "kabus" obrazında qəbul olunur. Oxucumuz dia-az.life-a yazır: "Samir Şərifov bu gün icra başçıları ilə əlbir olaraq büdcəni talayır. İcra başçısını işdən çıxarırlar, amma Şərifovun ruhuna belə toxunulmur. Bu isə haqlı olaraq mənfi qənaət formalaşdırır. Samir Şərifov cəzalandırılmayınca, onun fəaliyyətinə layiqli qiymət verilməyincə, görülən tədbirlər yetərli olmayacaq".

Oxucumuz sonda onu da əlavə edir ki, bu gün maliyyə nazirliyinin əməkdaşlarını "kabus" kimi qəbul edən büdcə təşkilatları rəhbərlərini dindirsələr, hər şey ortaya çıxar: "Yəni əlavə sübut axtarmağa ehtiyac yoxdur..."

Geri qayıt