Əsas Səhifə > Güney Press, Reklam > "Bakcell"dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə
"Bakcell"dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə14-12-2018, 17:45 |
DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri maraqlı onlayn müsabiqədə iştirak edib dəyərli hədiyyə qazanmağa dəvət edir. Dekabr ayının 14-də “Bakcell”in “Facebook” və “Instagram”dakı rəsmi səhifələrində start götürmüş müsabiqəyə qatılacaq abunəçilər simsiz Apple “AirPods” qulaqcıqları, Xiaomi “power bank” və ya 100 AZN dəyərində hədiyyə kartına sahib olmaq şansını qazanacaqlar. DİA.AZ xəbər verir ki, müsabiqədə iştirak etmək üçün abunəçilər “Bakcell”in “Instagram”dakı müvafiq postunu, “Facebook”da isə səhifəsini və müvafiq postunu bəyənib https://azvision.az/redirect.php?url=http://bit.ly/daimonline linkində yerləşdirilmiş çərçivə ilə şelfi çəkməli və öz səhifəsində açıq şəkildə #DaimOnline heşteqi ilə paylaşmalıdır. Çərçivə Facebook proqramı vasitəsilə açılır. Qeyd edək ki, müsabiqədə yalnız Bakcell abunəçiləri iştirak edə bilər. Bağlı və saxta (feyk) profillərdən paylaşılan şəkillər nəzərə alınmayacaq. Müsabiqə 25.12.2018 tarixində saat 23:59-da bitəcək və qaliblər random.org saytı vasitəsilə şərtlərə əməl etmiş iştirakçılar arasından seçilərək 26.12.2018 tarixində elan olunacaq. Müsabiqə haqqında daha ətraflı məlumat “Bakcell”in rəsmi Facebook və Instagram səhifələrində yerləşdirilib. Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir. Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası əhalinin bütün təbəqələrinin tələb və ehtiyacları nəzərə alınmaqla dünyanın aparıcı şirkətlərinin və yerli bazarın tələblərinə əsaslanır. Geri qayıt |