Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Elxan Süleymanov Göyçay çayının məcrasını dəyişdirir
Elxan Süleymanov Göyçay çayının məcrasını dəyişdirir17-12-2018, 09:14 |
DİA.AZ: - Göyçay şəhəri H.Hacıyev küçəsi ev 31 sakini Həsənov Seyran Əmirəslan oğlu tərəfindən Prezident İlham Əliyevə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Hörmətli cənab Prezident İlham Əliyev! Azərbaycan xalqı sizin ədalətlinizə inanır. Siz olmasanız bəzi harın vəzifəli, imkanlı şəxslər biz avam xalqı tapdalayar. Belələrindən biridə əslən Göyçay rayonundan olan Şamaxıdan deputat seçilmiş Elxan Süleymanovdur. Elxan Süleymanov bir neçə il bundan əvvəl Göyçay çayının mühafizə zolağı olan 6.0 hektar torpaq sahəsini zəbt edib. Çayın düz ortasında 6 möhtəşəm villa inşa etdirib. Hətta həmin villaları elə inşa ediblər ki Göyçay çayı həyatyanı sahəyə düşüb. "Göyçay çayının uzunluğu 110 km dən çoxdur. Qanuna əsasən, uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metr olmalıdır. Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib. Həmin villaların 6 hektar həyatyanı torpaq sahəsi var. Həmin villalar yerləşən ərazidə Göyçay çayının alternative piyada körpüsünwdə əhatəyə alıb. Elxan Süleymanovun bu vilları inşa edilən zaman çayın hövzəsi daraldılıb ki, nəticədədə hamının bildiyi kimi fəlakət oldu. Göyçay körpüsü uçdu". Daha sonra dia-az.life-a daxil olan müraciətin mətnində qeyd olunur: "İndi həmin villalar uçmasın deyə Elxan Süleymanov çayın məcrasını dəyişdirmək istəyir. Buna görə deputat Elxan Süleymanov çayın hövzəsin dəyişdirmək üçün əl-ayağa düşüb. O, istəyir ki, Göyçay çayının məcrası villalar olan yerdən dəyişdirilib bizim yaşadığımız əraziyə salınsın. Buna görə 50 dən çox evlərin sökülməsi gözlənilir. Vətəndaşları hökümətə qarşı qaldıran Elxan Süleymanov deyib ki, mənim 6 villamın ümumi dəyəri 50 milyon manatdan çoxdur, ancaq həmin ərazidə olan evlərin ümumi dəyəri 1 milyon manat etmir. Buna görədə həmin evlər sökülüb Göyçay çayının məcrası oradan salınmalıdır. Bu harınlıq, qudurğanlıqdır ki, Elxan Süleymanov edir. Çünki bu evləri bizim ata-babalarımız halal zəhmətlə, alın təri ilə qazanılmış pulla inşa ediblər, bura bizim ata yurdumuzdur. Burada 50 dən çox ev var 300 nəfərdən çox insan yaşayır. Ancaq Elxan Süleymanov isə bu 6 villanı inşa etdirib. Elxan Süleymanovun belə villaları Azərbaycanın çox yerində var. Demək olar ki, o, bura ildə bir dəfə gəlir. Biz isə kasıb insanlarıq zəhmət hesabına qazandığımız qəpik-quruş pulla ailəmizi güclə dolandırırıq. Elxan Süleymanovun kasıb kütləyə aşağıdan yuxarı baxması onun harınlamağından xəbər verir. Deputat Elxan Süleymanov yaxın günlərdə evlərimizin sökülməsi məsələsini gündəmə gətirmək istəyir. Bu adam manapoliya yaratmaq üçün Göyçay rayonunda olan daş-çınqıl karxanalarının fəaliyyətini dayandırmağa nail olub 500 nəfər işçinin çörəyinə bais oldu. Bundan sonra özünə məxsus Qəbələ rayonunda yerləşən karxanasında qumun-çınqılın qiymətini 5 dəfə qaldırdı. Göyçayda körpü uçdu bunun təqsirini başqalarının üstünə yükləyə bildi. Ancaq problemin kökü bu deputatın qanunsuz inşa etdirdiyi 6 möhtəşəm villada axtarılmalıdır. Həmin villalar ki, onlar inşa edilən zaman Göyçay çayının hövzəsi daraldılıb. Buna isə ekspert və ya istintaq lazım deyil, adi gözlə baxanda aydın görmək olur. Eixan Süleymanovun inşa etdirdiyi 6 villası və qum-çınqıl karxanası biz Göyçaylılara qənim kəsilib. Biz Göyçay rayon sakinləri isə təklif edirik ki, Göyçaylıları gələcəkdə seldən, daşqından qurtarmaq üçün deputat Elxan Süleymanovun qanunsuz inşa etdirdiyi 6 villası sökülsün. Bundan sonra gələcəkdə baş verə biləcək təhlükənin qarşısı alınmış olacaq. Biz Göyçay rayon sakinləri möhtərəm prezident cənab İlham Əliyevdən xahiş edirik deputat Elxan Süleymanovun məlum niyyətinin qarşısının alınmasına tapşırıq verəsiniz, onun qanunsuz inşa etdirdiyi 6 villanın sökülməsinə və Göyçay çayının mühafizə zolağının boşaldılmasına göstəriş verəsiniz". dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |