Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Səfər Mehdiyev "korrupsioner" deyəndə kimi nəzərdə tutur?"
"Səfər Mehdiyev "korrupsioner" deyəndə kimi nəzərdə tutur?"19-12-2018, 12:57 |
DİA.AZ: - "Səfər Mehdiyev "korrupsioner" deyəndə kimi nəzərdə tutur?" Bu sualla DİA.AZ-a müraciət edən və özünü "gömrükdən qovulmuşlardan biri" kimi təqdim edən oxucumuz elektron poçtumuza yazdığı müraciətində qeyd edir. Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) korrupsiya faktı ilə əlaqədar 100-dən çox əməkdaşı işdən azad edildiyi haqda açıqlama verib. Onun sözlərinə görə, bu il ərzində gömrük sistemində 30-dan çox korrupsiya faktı aşkar edilib. S.Mehdiyev vurğulayıb ki, onun rəhbərlik etdiyi qurum gömrük orqanlarında korrupsiya ilə mübarizəni davam etdirəcək. Məhz bu açıqlamasını nəzərə alan oxucmuz isə dia-az.life-a müraciətində aşağıdakıları qeyd edir: "Kimdir korrupsioner? Həbs olunanların, işdən çıxarılanların tərkibinə nəzər salın. Onda görəcəksiniz ki, Səfər Mehdiyev onunla düşmənçilik aparmış və yaxud da nə zamansa Səfər Mehdiyevin maraqlarına cavab verməmiş gömrükçüləri "CƏZALANDIRIB" və yəqin ki, bundan sonra da "cəzalandıracaq". Amma bu gün fakt odur ki, elə gömrüyün ən böyük korrupsionerləri Səfər Mehdiyevin gəlişindən sonra nəinki iş yerlərini itirmədilər, hətta vəzifələri də böyüdüldü. Hər kəs gömrükdən maşın keçirməyin əvvəllər bir vətəndaşa neçəyə başa gəldiyini yaxşı bilir. Hanı bu rüşvəti təşkil edən? Səfər Mehdiyev gələn kimi onun vəzifəsini böyütdü. Mən ad çəkməyəcəm. Amma hamı hər şeyi yaxşı bilir. Əgər Səfər Mehdiyev səmimidirsə, gömrükdə rüşvətlə həqiqətən də mübarizə aparırsa, o zaman ilk olaraq ən yaxın ətrafını vəzifədən atmalıdır". İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |