Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qarabağ əlilləri Murad Dadaşovun araçılığı ilə "Nurgün Motors"a müraciət etdilər...
Qarabağ əlilləri Murad Dadaşovun araçılığı ilə "Nurgün Motors"a müraciət etdilər...21-12-2018, 15:17 |
Xalq artisti Murad Dadaşov “Maşın şou”ya bu yol “hind sürəti” verib. Maşın , həmişəki kimi, “Nurgün Motors” şirkətinin payıdır. Bu payda Qarabağ əlillərinin də pensiyasından 350 manat var. Bu boyda xeyriyyəçi şirkət Qarabağ əlillərinin pensiyasından necə yararlanır? Düz 5 il qabaq düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı , xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəyə aidliyi olmayan reabilitasiya vasitəsini –“əlil maşını”nı dayandığı yerdə “ məmur avtoşbalası” Fərid Zakir oğlu Hüseynovun 10 -CK-200 dövlət nömrə nişanlı “Nissan X-Trail”i arxadan vurub “metallomluq” edib. Qarabağ əlillərinin olay yerinə çağırdıqları Suraxanı yol polisi əməkdaşı Tahir İsgəndərov “avtoşbala”nın məmur atasının zəngi ilə rəhbərindən necə göstəriş alıbsa, Qarabağ əlilini alkoqol testindən keçirib, amma eni 15 metr olan yolun kənarında dayanan “əlil maşını”nı arxadan vuran “Nissan”ın sürücüsünü testdən keçirməyi “unudub”. Qaydalara görə, alkoqol testindən könüllü -könülsüz imtina isə sürücünün içkili olmasının sübutudur. Di gəl, məmur özbaşınalığı elə “qudurub” ki, eldə deyildiyi kimi, yanan da əlil, yaman da; məhv edilən də “ əlil maşını “ , suçlu da maşına aidliyi olmayan əlil. Onu da vurğulayaq ki, hələ də baş verən olayın protokolu Qarabağ əlilinə verilməyib. Axı, maşına aidliyi olmayan əlil haqqında necə protokol tərtib edilə bilər? Amma protokol tərtib etmədən Suraxanı məhkəməsi 5 il qabaq Qarabağ əlilini 400 manat cərimə edib ki, sürücülük vəsiqəsi olmadan “əlil maşını”na keşik çəkib! (?) 400 manatın faizlə “şişdiyi” nədəni ilə saxta cəriməni ödəməyə məcbur olan Qarabağ əlilinə qarşı bu yol “Nissan”ı sığortalayan “Rəvan sığorta” “səlib yürüşü”nə çıxıb. Törəməsi olduğu “Nurgün Motors”da 10 min manatlıq saxta defekt aktı tərtib etməklə xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilindən xeyir uman “xeyriyyəçi” şirkətin bu saxtalığını Vergilər Nazirliyinin yoxlaması üzə çıxarıb və həm “Nurgün Motors” , həm də “Rəvan” cərimələnib. Amma “ana-bala” şirkətlər cərimənin əvəzini Qarabağ əlilindən çıxmağa girişiblər. 5 ildir Qarabağ əlili məhkəmə “palatalarında” “müalicədədir”. Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov 2 il öncə “özünü yandırmaqla müalicə üsulunu” , Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev bu üsulun icrasını da fikirləşiblər. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ,icra sənədi olmadan icra məmuru Vüsal Əliyev Qarabağ əlilinin reabilitasiya vasitəsi olan əmlakına -həm avtomobilinə həbs qoyub, həm pensiyasını məktubla yarıqat edib. Pensiya ödəyən qurum Dövlət Sosial Müdafiə Fondu icra sənədi olmadan icra məmurunun məktubu əsasında (?) avqust və sentyabr aylarında hər ay 150 manat olmaqla Qarabağ əlilinin pensiyasından toplam 350 manatı “Rəvan sığorta” şirkətinin hesabına köçürüb. “İcra haqqında” qanunun 50.2 (əmlaka həbsin yalnız məhkəmə qərarı ilə mümkünlüyü haqqında ) və 68.1.2 ( tələbin xidməti vəzifələrini icra edərkən alınan xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməzliyi) maddələrini dövlət qulluğuna testlə “ girən” icra məmuru (və məmurlarına) 4 aylıq “test dərsləri” ilə anladandan sonra pensiyadan tutmalar dayandırılıb, amma hələ də “Rəvan sığorta” şirkətinə ödənilən iki aylıq məbləğ əlilə qaytarılmayıb. Nə sığorta şirkəti yediyi 350 manatı qaytarır , nə də müvafiq qurumlar tədbir görür. Prokurorluq Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə göndərir, polis dələduzluq, mütəşəkkil korrupsiya faktını mülki mübahisə sayıb məhkəməyə üz tutmağı məsləhət görür, Ədliyyə Nazirliyinin icra şöbələri , məhkəmələr isə məhkəmə müdafiəsi hüququna da qadağa qoyublar. Bu “şou”da əldən gedən əlilin 350 manatlıq qan haqqı, bir də maşınıdır. İndi Qarabağ əlillərinin son ümid yeri “Maşın şou”nun aparıcısı, xalq artisti Murad Dadaşovdur. “MURAD MÜƏLLİM, BAĞIŞLAYIN, SİZDƏ “NURGÜN MOTORS”UN 350 MANATI OLMAZ? “ MƏĞRUR BƏDƏLSOY Geri qayıt |