Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Samir Şərifovu Bağırov qardaşlarına nə bağlayır?
Samir Şərifovu Bağırov qardaşlarına nə bağlayır?7-01-2019, 09:28 |
Teref.az olaraq "Sovetski"-də söküntülər və oralarda baş verən narazılıqlarla bağlı dəfələrlə şikayətləri və qarşı tərəfin mövqeyini dərc etmişik. Bu gün teref.az-ın poçtuna daxil olan bu şikayəti, daha doğrusu onlara qarşı edilmiş haqsızlığa və bu haqsızlığa qanuni don geyindirərək mətbuat vasitəsi ilə sökülmüş mnəimsənilmiş ev sahiblərinə qarşı kompaniya aparan İlham Bağırov qardaşlarına sənədlərlə cavab verən bir məktub daxil olub. Şikayətçinin göndərdiyi sənədləri və şikayətçinin məktubunu təqdim edirik: “Sovetski”də İlham Bağırov bağırdı, doğrunun bağrı çatlamadı! Natiq Ələsgərov: “İlham Bağırov Maliyyə Nazirliyi kimi mötəbər bir qurumun fəaliyyətinə kölgə salan əməllərə yol verdiklərinin fərqindədirlər…” Hörmətli, Redaksiya! 4.01-2019, 08:34 tarixdə dərcedilmiş Teref.info saytında “Sovetski” həqiqətləri: Doğrunun bağrını yaran oğru, yaxud Natiq Ələsgərov kabusu” adlı yazıya yayınlanıb. Həmin yazıda qeyd olunanların reallıqla əlaqəsi yoxdur və Sovetski”də İlham Bağırovun etdikləri qanunsuzluqların gizlədilməsinə, həqiqəti söyləyib haqqını tələb edənlərin qorxudulmasına xidmət edir. Xüsusi olaraq vurğulayıram ki, İlham Bağırov Maliyyə Nazirliyi kimi mötəbər bir qurumun fəaliyyətinə kölgə salan əməllərə yol verdiklərinin fərqindədir. Dövlətin gözəl bir təşəbbüsünü həyata keçirən qurumun müsbət fəaliyyətinə zidd olan addımlar atdıqlarını gözəl başa düşürlər və odur ki, hər danışan, haqqını tələb edən vətəndaşı, “Sovetski” sakinini “şübhəli qohumluq əlaqələri olan” kimi ümumi sözlərlə damğalamaqla özünü təmizə çıxarmağa çalışır. Öz haqqını istədikdə səni oğru və sair ağır cinayətlərdə ittiham edirlər! Təmsil etdiyim Aydın Ağaəli oğlu Rzayev öz mülkiyyət hüququnun bərpasını istəyir. Şikayətçi daha sonra teref.az-a yazır ki, ona kompensasiya ödəmədən xüsusi mülkiyyəti sökülüb. Ədalətli və real bazar qiyməti nəzərə alınmaqla kompensasiya ödəməkdən imtina edilib! Bunun üçün qanuni heç bir əsas yoxdur və ola da bilməz! Ortada xüsusi mülkiyyəti təsdiq edən sənədlər var və şikayətimizə əla və edirik ki, İlham Bağırov da bir daha gözlərini açıb baxsın, görsün ki, həmin sənədi Aydın Rzayevə kosmosdan göndərməyiblər, dövlətin qurumu – Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti verib. Sənədin adı – ÇIXARIŞ –dır. Nömrəsi 07742070. Bundan başqa qeyd edirəm ki,“Sovetski”də söküntü ərazisində yerləşən bütün evlər inventarlaşıb, onlara layihə nömrələri verilib, ünvanlar ərazilərə bölünüb, hətta ünvanlar üzrə DƏDRX-nin müvafiq qurumlarından xüsusi mülkiyyətdə olan evlərin hüquqi vəziyyəti barədə məlumatlar belə alınıb və bununla da mülkiyyətçilər, paylı mülkiyyətçilərin dairəsi müəyyən edilib siyahıya alınıb. Bunda başqa bu işlərin görülməsinə ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin(MKİS) əməkdaşları cəlb olunublar. Ona görə də heç bir halda mümkün deyil ki, Komissiya söküntü ərazisində neçə ev, həmin evlərdə neçə payçı olmasından bixəbər qalsın. BTİ-dən belə sənədləri alıb Komissiyanın sərəncamına veriblər ki, rahat şəkildə dövlətin köçürülməsi siyasəti gerçəkləşdirilsin. Biz də vətəndaş olaraq bu siyasəti dəstəkləyirik. İstəyimiz dövlətimizin bizə ayırdığı kompensasiyanın İlham Bağırovun kefi belə istəyir prinsipi ilə deyil, Maliyyə Nazirliyi kimi mötəbər qurumun qanun-qaydaya söykənən prinsiplərinə əsasən verilməsidir. Bu adam bir tərəfdən bizə qarşı qanunsuzluqlara yol verir, digər tərəfdən də bizim Maliyyə Nazirliyinə qarşı olduğumuzu qələmə verməklə həmin qurumun kölgəsində gizlənməyə çalışır. Halbuki nazirlikdən kimsə bu adamlara belə bir səlahiyyət vermədiyinin fərqindəyik. Azərbaycan Respublikası qanunvericiliyndə paylı mülkiyyət haqqında müddəalar öz yerini tapıb. Belə ki, sözügedən mübahisə predmetinə çevirilmiş Bakı şəhəri, Akademik Qarayev küçəsində yerləşən 23 saylı evin 1/6 hissəsi Aydın Rzayevin paylı mülkiyyətindədir – sübut DƏDRX-nin ÇIXARIŞI -dır. Göründüyü kimi mülkiyyətdə olan ev naturada bölünməyib - yəni Akademik Qarayev küçəsi 23 saylı evin konkret hər hansı bir hissəsi paylı mülkiyyətçilər arasında bölünməyibdir, ümumidir və paylı mülkiyyətçilər arasında hər-hansı Dövlət Notariat Kontorunda təsdiq edilmiş razılaşma mövcud deyil. Şikayətçi teref.az-a yazdığıməktubda həmçinin qeyd edir ki, həmçinin evin naturada bölünməsinə dair məhkəmə qərarı yoxdur. Necə olur ki, “müstəqil qiymətləndirici” “Azər Expert” bunu edə bildi? “Azər Expert” qarşısında məsələ qoyulub - sahələri ölç və qiymətləndir. “Azər Expret” bilə-bilə ki, Akademik Qarayev küçəsi 23 saylı ev paylı mülkiyyətdədir nəyə görə bütün mülkiyyətçiləri bir gündə Komisiyaya iştirak etməyə dəvət etmədi? Əgər “Azər Expert” cavab verəcəksə ki, Aydın Rzayevi tanımırdıq, bu halda həmin MMC-nin sahibi İlham Bağırovla Aydın Rzayevin telefon vasitəsi ilə dəfələrlə danışqlarını təsdiq edən danışıq listəsini təqdim edirik. İlham Bağırov Komisiyanın fəaliyyət ünvanını Bakı şəhəri, İnşaatçılar prospekti 28 B ünvanını göstərir. Bəs nəyə görə söküntüyə məruz qalan şəxslərin ərizəsini qəbul etməkdən imtina edir? Ərizəni qəbul etməkdən imtina bəyəm insanların hüquqlarının pozulması deyil? “Azər Expert” MMC-nin direktoru göstərir ki, güya məni – Natiq Ələsgərovu Komisiyaya buraxmırlar və mənim söküntüyə məruz qalmış evimin ünvanını qeyd edir. Bildirirəm ki, bu şəxsi məlumatları razılığım olmadan yaymaqdır, həmçinin verilmiş səlahiyyətləri aşmaqdır. Belə ki, İlham Bağırov nə ilə sübut edir ki, məni Komisiyaya buraxmırlar? Natiq Ələsgərov evinin yarımzirzəmi sahəsinin kompensasiyası bu günə qədər ödənilməmiş şəxsdir!(ərizənin surəti əlavə olunur) Anam Səkinəxanım Quliyevanın paylı mülkiyyətində olan Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, ev 2-nin 1/10 hissənin (168 kv.m sahənin) 16,8 kv.m sahəsinə cəmi 5000 min manat vəsait ödəmə təklif olunan şəxsdir! (çıxarış və digər sənədlər əlavə olunur.) Natiq Ələsgərov dünənə qədər qardaş idi, indi isə şübhəli etnik mənsubiyyəti olan şəxslərlə qohumluğu olan şəxsdir? Bu nə cəfəngiyyatdır? Natiq Ələsgərov anasının payını tələb edirsə, bu nə vaxtdan SİYASI PROVOKASİYA SAYILIR? Eyni zamanda bildirmək istəyirəm ki, İlham Bağırovun verdiyi müsahibələr də, mənə qarşı əsassız mövqe də yanaşdığından, həmçinin bu addımlara son qoyulması tələbi ilə müraciətimi qəbul etməkdən imtina etdiyindən və ardınca ittihamedici çıxışları davam etdiyindən barəsində Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi müstəvidə tədbirlər hazırlanır. Bundan əlavə bildirmək istəyirəm ki, istər Aydın Rzayevin, istərsə də anama məxsus ev sökülmüş və kompensasiya ödəməkdən müxtəlif bəhanələrlə imtina edilir. Maraqlı bir fakt da bundan ibarətdir ki, vəsaiti Maliyyə Nazirliyi ödəyir, alıcı Yerli İcra Hakimiyyəti, satıcı isə sakindir. İlham Bağırovun rəhbərlik etdiyi MMC isə vətəndaşı dövlətdən, qanun-qaydaya riayyət edən dövlət qurumlarından narazı salır. Fakt budur ki, ədalətli kompensayia ödənilmədən xüsusi mülkiyyətdə olan evlər sökülüb. Bununla da Konstitusion hüquqlarımız bu günə qədər bərpa edilməyib və tələb etdikdə ki, kompensasiyanı ödəyin, buna SİYASİ PROVOKASİYA DEYİRLƏR. Halbuki vətəndaşı dövlətdən narazı salmaq elə ən böyük siyasi provakasiyadır və bu işin altına imza atan da İlham Bağırovdur. Hörmətli redaksiya, xahiş edirik ki, mövqemizi olduğu kimi dərc edəsiniz. Əvvəlcədən təşəkkürlər dia-az.life olaraq adalrı çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq! \\teref.az\\\ Geri qayıt |