Əsas Səhifə > Güney Press, Reklam > “Nar” Naftalanda 4G şəbəkəsi qurdu
“Nar” Naftalanda 4G şəbəkəsi qurdu9-01-2019, 15:08 |
DİA.AZ: - Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Naftalan oldu. Bununla da Naftalan sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir. DİA.AZ xəbər verir ki, ölkənin ən gənc mobil operatoru olan “Nar” son 3 ayda 340-a yaxın 4G, 26-ya yaxın 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. “Nar” 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. Son 3 ayda 4G şəbəkəsi aşağıdakı region mərkəzlərində quraşdırılıb: Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Yardımlı, Yevlax. Bununla da, “Nar” 4G şəbəkəsinin əhatə olunduğu regionların sayı 45-dən çox olub. Qeyd edək ki, aparılan şəbəkə işlərinin nəticəsi olaraq, mobil operator 2018-ci il ərzində 790-a yaxın 4G, 160-a yaxın isə 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1720-ni, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb. Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. Geri qayıt |