Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ziya Məmmədovun qudası da hədəfə çevrilir...

Ziya Məmmədovun qudası da hədəfə çevrilir...


15-01-2019, 12:12
Ziya Məmmədovun qudası da hədəfə çevrilir...
Prezidentin Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunan iclasındakı çıxışında toxunduğu vacib məslələrdən biri də kənd təsərrüfatı ilə bağlı olub
Ölkə başçısı bu sahədə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı nitqində Kənd Təsərrüfatı Nazirliyinin əvvəlki rəhbərliyinin işinə də toxunaraq, onların fəaliyyətində ciddi pozuntuların olduğunu bildirib.
Xüsusilə də subsidiyaların verilməsində və kübrələrin alınmasında yol verilən pozuntulardan danışan prezident qeyd edib ki, subsidiyalar bəzən ünvanına çatdırılmayıb, yaxud da pərakəndə şəkildə verilib. Həmçinin, ölkəyə keyfiyyətsiz kübrələr gətirilib ki, onların da kənd təsərrüfatına xeyrindən çox ziyanı dəyib. Sitat: “Subsidiyalarla bağlı təkliflər imkan verəcək ki, bu sahədə də müsbətə doğru çox ciddi dönüş yaransın. Çünki subsidiyaların verilməsində də böyük pozuntular olmuşdur. Bəzi hallarda subsidiyalar ünvana çatmırdı, bəzi hallarda çox kortəbii şəkildə verilirdi. Dövlət tərəfindən güzəştli şərtlərlə alınması nəzərdə tutulan gübrələr də bir çox hallarda keyfiyyətsiz idi. İndi gübrə təminatında dövlət 70 faiz yükü öz üzərinə götürür. Amma bəzi hallarda keyfiyyətsiz, müddəti keçmiş gübrələr gətirilirdi və o, kənd təsərrüfatına xeyirdən çox ziyan verirdi. Digər pozuntular da olub. Ona görə bütün pozuntular aradan qaldırılmalıdır. Kənddə işləyən vətəndaş daim hiss etməlidir ki, dövlət hər zaman onun yanındadır.”

Xatırladaq ki, ötən ilin yay aylarında pambıq sahələrində insanların kütləvi şəkildə zəhərlənməsi faktları qeydə alınmışdı. Bununla yanaşı, subsidiyaların verilməsində yol verilən qanun pozuntuları və korrupsiya halları ilə də bağlı mətbuatda müxtəlif məlumatlar dərc edilirdi. Ancaq nazirlik bu ittiamları qəbul etmirdi.

Ancaq Prezidentin son iclasda söylədikləri yazılanların heç də yalan olmadığını göstərir. Ölkə başçısı konkret ad çəkməsə də, insanların zəhərlənməsinə və korrupsiya hallarına görə, Kənd Təsərrüfatı Nazirliyinin sabiq rəhbərliyini ittiham edib. Bu isə həmin faktlara görə, Heydər Əsədov başda olmaqla, nazirliyin sabiq rəhbərliyinin məsuliyyətə cəlb oluna biləcəyini söyləməyə əsas verir.

Hər halda Prezidentin çıxışından sonra müvaqfiq qurumların keşmiş rəhbərliyin dövründə Kənd Təsərrüffatı Nazirliyində baş vermiş pozuntuları daha ciddi şəkildə araşdıracağı şübhə doğurmur.
\\AzPolitika.info\\
Geri qayıt