Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sahil Babayevin rəhbərlik etdiyi nazirliklə bağlı DAHA BİR ŞİKAYƏT VAR
Sahil Babayevin rəhbərlik etdiyi nazirliklə bağlı DAHA BİR ŞİKAYƏT VAR15-01-2019, 12:44 |
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası ilə bağlı daha bir şikayət var. Unikal.org-a müraciət edən Sumqayıt şəhər sakini Elvin Vəliyev Dövlət Məşğulluq Xidmətinin vətəndaşlara ucuz və lazımsız avadanlıqlar verdiyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proqram üzərində oyun qurduğunu iddia edir: "Bir başa Dövlət Məşğulluq Xidməti bu proqram vasitəsi ilə külli miqdarda vəsait mənimsəyir. Özünüməşğulluq proqramı çərçivəsində keçirilən təlimlərə qoşuldum.Təlimdə hər kəs özünə uyğun biznes layihə təqdim edib, müdafiə etməli idi.Layihədə müəyyən avadanlıqlar var.Kim hansı biznes layihəsini qurmaq istəyirsə öz istəyinə uyğun avadanlıqlar istəyir. Amma, Məşğulluq Xidməti isə formal şəkildə avadanlıqlar yazır, kim buna etiraz etsə, həmin insanı hədələyirlər. Məşğulluq Xidməti ilə razılaşmayan təlim işçiləri layihədən uzaqlaşdırılır. Məsələn, mən istədiyim sacın və xəmirqarışdıran avadanlığın ümumi qiyməti 4500-5000 manat idi. Onlar isə mənə ev üçün nəzərdə tutulan sac və 7 kq xəmirqarışdıran avadanlıqlar təklif etdilər. Hansı ki, əllə bundan çox xəmir yoğurmaq olar, qiyməti isə 1500 manatdır. Ona görə bu avadanlıqlardan imtina etdim". Şikayətçi hesab edib ki, Dövlət Məşğulluq Xidmətinin təklif etdiyi avadanlıqla gündəlik ona heç 7 manat qazanc gətirməyəcək: " Başqa avtoyuma avadanlığı götürdüm.Onu da tam vermədilər.Kompressor yox idi, mən videosunu çəkmişəm.Onun da qiyməti 1500 manatı keçmir.Bu layihə başlayan kimi nazirlik "Aznest" firması yaradıb.Bütün bu proqramı da onlara həvalə edib.Həmin şirkətin yeri yoxdur, ünvanını belə gizlədirlər.Elə bir sistem yaradıblar ki, kim razılaşmasa onlara avadanlıqlar verilmir.Onlar özünəməşğulluqla bağlı hazırlıqlarda olmayan adamlara da avadanlıqlar verirlər.Ancaq öz yaxın adamlarının adına heyvanlar, avadanlıqlar rəsmiləşdirirlər.Yazılan məbləğlə avadanlıqların qiymətində böyük fərq var.Mən işsiz kimi qeydiyyata düşə bilmədim, ünvanlı sosial yardım vermədilər.Mən də məcbur qalıb ölkəni tərk etdim.Mən çox təəssüf edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cənab prezidentin vətəndaşların dolanışığını yaxşılaşdırmaq üçün atdığı addımdan sui istifadə edir.Onlar bu layihəni icra etməkdən daha çox külli miqdarda vəsait mənimsəyi düşünürlər". Geri qayıt |