Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İcra başçısı sakinləri dinləmək belə istəmir...
İcra başçısı sakinləri dinləmək belə istəmir...21-01-2019, 08:40 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən Kürdəmir sakini Mehman Şilyanlı rayondakı məmur özbaşınalığından və biganəliyindən giley edir. Narazı vətəndaş DİA.AZ-a yazır: "Kürdəmir rayonu Şilyan kəndində həyat üçün vacib olan infrasturuktur neçə illərdi ki, tamam sıradan çıxıb və bu kənddə yaşayış mümkünsüzdür. Kənddə yaşayan insanlar qış aylarında xəstələndikdə belə kəndə təcili yardım gəlmir, xəstələndikdə ölümlə üz üzə gəlirik. Kürdəmir İcra başçısına gəlincə isə, Ceyhun müəllim kənd adamlarını nə qəbul edir, nə də səsini eşidir..." Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Biz kənd sakinləri olaraq, sadəcə bu kənddə yaşamaq üçün heç olmasa yollara daş tökmələrini xahiş edirik. İcra başçısı isə deyir ki ölkədə pul yoxdur, neftin qiyməti aşağı düşüb, heç nə edə bilmərik, xoşunuz gəlmir, köçün başqa kəndlərə... orda yaşayın, sizin üçün vertalyot "zakaz" edəsi deyilik". İndi siz mətbuat olaraq bu başçıdan soruşun, araşdırın ki, bu kəndin yolarına əlac edən olacaq, ya olmayacaq? Bizim günahımız nədir?" İddia olunanlarla bağlı DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |