Əsas Səhifə > Güney Press, Reklam > “Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib


23-01-2019, 15:11
“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib
DİA.AZ: - “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “autizm spektr pozuntuları” diaqnozlu uşaqlara növbəti dəfə dəstəyini göstərib. Belə ki, “Nar” autizm “spektr pozuntuları” diaqnozlu uşaqlarla işləyən "Birgə və Sağlam" İctimai Birliyini yüksəksürətli simsiz internet ilə təmin edib. “Nar”-ın təqdim etdiyi yüksəksürətli limitsiz internet sayəsində autizm sindromlu uşaqlar cəmiyyətə inteqrasiya olunmaları üçün lazım olan proqramlardan və dərs vəsaitlərindən yararlana biləcəklər. Bundan başqa, “Nar” şəbəkəsi vasitəsilə "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Kashalata” kafedə çalışan yeniyetmə autizmli uşaqlar komputer və İT bacarıqlarını inkişaf etdirəcəklər və müxtəlif peşələrə yiyələnmələri üçün internetdən rahatlıqla istifadə edə biləcəklər.

DİA.AZ xəbər verir ki, “Nar” bundan əvvəl də birliyin autizm simdromlu uşaqlarına öz dəstəyini göstərib və onların çalışdığı “Kashalata” kafe-atelyeni zəruri olan avadanlıqla təmin edib. Qeyd edək ki, autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə “Kashalata” kafedə autizmli yeniyetmə uşaqlar çalışır və müştərilərə özləri xidmət göstərir. "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzi 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizm sindromlu uşaqlara təhsil xidməti verir.

Qeyd edək ki, “Nar” xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxlayır və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Geri qayıt