Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Büdcə pulları necə qarət olunur...
Büdcə pulları necə qarət olunur...4-02-2019, 11:42 |
Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi hər il tenderler elan edir. Məlumata görə, idarə rəisi Böyükkişi Cümşüdovun tenderləri formal xarakter daşıyır. Bu tenderlərdə özünə yaxın firmalar qalib elan edilir və büdcə pulları ora köçürülərək xəlvətcə mənimsənilir. İdarənin elan etdiyi tenderlərdə qalib şirkətlərin adları gizlədilir. Böyükağa Cümşüdovun bu korrupsiyası onu karxana, ferma və bahalı maşın sahibi edib. Tərtər əhalisinin erməni düşmənlərinə layiqli cavab verdiyi, müharibə şəraiti olmasına rəğmən, cəbhəyə yaxın ərazilərdə əkin-biçinlə məşğul olduğunu deməyə gərək yoxdur. Lakin Tərtər rayonunu əkin sahələrini suvarmaq işlərini hələ sovet dövründən Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi həyata keçirirdi. Qarabağ müharibəsindən sonra situasiyanın dəyişməsi səbəbindən bu idarənin işləri də çətinləşdi. Böyükkişi Cümşüdov hazırda idarəyə rəhbərlik edir. Kifayət qədər qaranlıq və təhlükəli adam olaraq xarakterizə edilən Cümşüdovun Tərtər çayının suyundan da pul çıxardığını bilməyən yoxdur. İdarə rəisi elə bir sistem qurub ki, heç fələk də ondan baş aça bilmir. Bu idarədə «ölü canlı»lardan tutmuş, kartı müdirin cibində olan işçilərə qədər hər şey baş verir. Böyükkişi Cümşüdovun işdə yol verdiyi qanun pozuntuları yuxarıda adları çəkilən rayonlarda suvarma suyu ilə bağlı ciddi problemlərin əmələ gəlməsinə səbəb olub. Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının da əkin sahələrinin suvarılması ürəkaçan səviyyədə deyil. Çünki sözügedən idarənin rəhbərliyi və işçiləri sırf öz maraqları üçün işləyirlər. İdarənin balansındakı texnikaların əksəriyyəti fərdi təsərrüfat sahələrində işlədilir. Başqa sözlə desək, Böyükkişi müəllim həmin texnikaları iş adamlarına aylıq icarəyə verib. Dövlət tərəfindən Tərtərdə və hidroqovşağa tabe olan rayonlarda suvarma suyu probleminin həllini tapması üçün mühüm tədbirlər həyata keçirilir. Amma idarə rəisi əkin sahələrinin sahiblərinə əlavə problemlər yaratmaqdan çəkinmir. İnsanların içməli suya olan təlabatını ödəmək üçün artezian quyularının qazılması prosesi reallaşdırılır. Nəticədə, Tərtərdə hazırda 404 belə quyu var. Həmin quyulardan əkin sahələrinin suvarılmasında da geniş istifadə edilir. Neçə illərdir bu idarəyə rəhbərlik edən Böyükkişi Cümşüdov maliyyə imkanlarını məhz Tərtər çayının suyundan çıxardığı pullarla yaxşılaşdırıb. Fermerlər susuzluqdan əziyyət çəkdiyi halda, idarə rəisi biznesini genişləndirmək barədə fikirləşir. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin xəttilə hər il Tərtərçay Hidroqovşağı İstismar İdarəsinə milyonlarla vəsait ayrılır. Buna baxmayaraq, həmin vəsaitlərin hansı işlərə sərf edilməsi haqda bu günə kimi heç bir rəsmi məlumat verilməyib. Böyükkişi Cümşüdov uzun müddətdir ki, müqavilə əsasında fəaliyyət göstərir. Məlumata görə, onun yaş senzi ilə əlaqədar vəzifəsindən azad olunmasının vaxtı çatsa da, ”Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadə Böyükkişi Cümşüdova xüsusi münasibətini gizlətmir. Cümşüdovun fərasətli məmur olması görünür Əhmədzadəni çox qane edir və bu səbəbdən müqavilə əsasında işini davam etdirir. Bu fərasətlilik isə sözügedən sahədə yaxşı maxinasiya bacarığı olmasından irəli gəlir. Cümşüdovun yeyintilərdə mahir olduğu deyilir. Odur ki, Əhmədzadə onun yerinə başqa kadr təyin olunmasına tələsmir. Çünki diqqətdən kənarda qalan Tərtərçay Hidroqovşağı İstismarı İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsi, texnikaya ayrılan pulların silinməsi su içmək kimi asan işdir. Bu işlərin öhdəsindən gəlməyi bacaran və illərdir ki, Əhmədzadəni razı salan Böyükkişi Cümşüdov özü də bu müddət ərzində Tərtərdə çox varlı adama çevrilib. Onun fermaları, obyektləri, bahalı avtomobillər həvəskarı olması, paytaxtda mülklərinin olması yerli camaata məlumdur. \\xalqxeber.az\\ Geri qayıt |