Əsas Səhifə > Güney Press, Reklam > Azercell nüfuzlu “Oracle Innovation Award” ilə təltif edildi
Azercell nüfuzlu “Oracle Innovation Award” ilə təltif edildi13-02-2019, 14:56 |
DİA.AZ: - “Azercell Telecom” MMC 8 fevral tarixində Bakı şəhərində keçirilən “Oracle Cloud Day” illik konfransı çərçivəsində nüfuzlu “Oracle Innovation Award” (“Oracle İnnovasiya Mükafatı”) ilə təltif edilib. Qeyd edilən mükafat “Oracle Excellence Awards” (“Oracle Mükəmməllik Mükafatı”) qlobal programının bir hissəsidir. DİA.AZ xəbər verir ki, namizədlər layihənin unikallığı, biznes üçün innovasiyanın üstünlüyü, şirkətin ölçüsünə nəzərən həllin miqyasının müqayisəsi, onun çətinliyi və mürəkkəbliyi, arxitekturanın orijinallığı kimi meyarlar üzrə dəyərləndiriliblər. Qeyd edək ki, Azercell Azərbaycanda İT sahəsinə etdiyi töhfəyə görə bu mükafata layiq görülüb. “Oracle Innovation Award” qabaqcıl həllər, texnologiyalar və Oracle bulud xidmətləri vasitəsilə çevikliyin artırılması, xərclərin azaldılması, əməliyyatların sürətləndirilməsi, İT infrastrukturunun sadələşdirilməsi sayəsində nəzərəçarpan biznes nəticələri əldə edən və dəyişikliyə nail olan şirkətlərə təqdim olunur. Qaliblər onlarla şirkətlərin sırasından seçilir. Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti sayəsində Azercell biznes sahəsində nüfuzlu “Stevie” mükafatı çərçivəsində “İlin Kommunikasiya Şirkəti”, “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” və “İnsanların Seçimi üzrə Stevie” (“People`s Choice Stevie Awards”) mükafatı üzrə telekommunikasiya sahəsində “İlin ən sevilən şirkəti” adına layiq görüldü. Həmçinin ötən il “Azercell Telecom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (“İnsana Sərmayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, Azercell MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir. Geri qayıt |