Əsas Səhifə > Güney Press, Reklam > Sumqayıt Texnologiyalar Parkı İngiltərənin Qlobal şirkəti “Weir Group” ilə anlaşma memorandum imzalayıb
Sumqayıt Texnologiyalar Parkı İngiltərənin Qlobal şirkəti “Weir Group” ilə anlaşma memorandum imzalayıb26-02-2019, 16:15 |
DİA.AZ: - Sumqayıt Texnologiyalar Parkı və İngiltərənin əsasən mədənçilik və neft-qaz sənayeləri üzrə ixtisaslaşmış Weir Group şirkəti ilə anlaşma memorandumu imzalayıb. Sənədi “Weir Group”-un “Weir Oil & Gas Eastern Hemisphere” şirkətinin prezidenti Li Gloheç, “Weir Oil & Gas Eastern Hemisphere” şirkətinin Rusiya və Orta Asiya ölkələri üzrə Baş direktoru Altug Bilgic, STP tərəfdən şirkətin Baş direktoru Emin Məmmədov imzalayıb. DİA.AZ xəbər verir ki, anlaşma şirkətlərin Azərbaycanda və MDB ölkələrində əməkdaşlıq etmək məqsədi daşıyır. Bu memorandum STP üçün şirkəti doğru istiqamətdə inkişaf etdirib, qlobal bazara daha sağlam şəkildə çıxarmaqda növbəti addımdır. Weir Group-la əməkdaşlıq STP-yə xüsusilə Neft və Qaz sektorunda daha böyük layihələrə qoşulmaq imkanı yaradacaq. Weir Group 1871-ci ildə İngiltərədə mühəndislər tərəfindən yaradılmış. Şirkət minerallar, neft-qaz və energetika sənayesi üçün yüksək səviyyəli məhsullar və xidmətlərin tərtibi və istehsalı ilə məşğul olur. Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Bu sahələr neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sahələri üçün geniş çeşiddə məhsullarla təmin edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır. Geri qayıt |