Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Beyləqanda tender udmaq üçün Bədəl Bədəlovun “icazə”si lazımdır?

Beyləqanda tender udmaq üçün Bədəl Bədəlovun “icazə”si lazımdır?


28-02-2019, 12:03
Beyləqanda tender udmaq üçün Bədəl Bədəlovun “icazə”si lazımdır?
Asif Ağayev Beyləqanda görüləcək işlərlərdə iştirak etmək istəyən şirkətlərə Bədəl Bədəlovun “icazə”sini alın deyir...

Beyləqan icra başçısı Asif Ağayevlə bağlı PİA.az-a ilginc məlumat daxil olub. İş adamlarından daxil olan həmin məlumatda bildirilir ki, Prezidentin Beyləqana səfərindən sonra rayona abadlıq-quruculuq işləri bir neçə milyon manat vəsait ayrılıb. Rayon camaatı ilə səmimi söhbətlər edərək, onların problemləri ilə maraqlanan ölkə başçısı bir daha beyləqanlıların qəlbini fəth etdi desək heçdə yanılmarıq.

Saytımıza verilən məlumata görə Dövlət başçısının Beyləqan şəhərində abadlıq quruculuq işlərinin aparılması üçün müvafiq tapşırıqlar verməsi və bunun üçün ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırılması ilə bağlı sərəncam imzalaması beyləqanlı iş adamlarının sevincinə səbəb olub.

Məlumatda bildirilir ki, Beyləqan şəhərində görüləcək abadlıq-quruculuq işlərində iştirak etmək istəyən yerli iş adamlarının istəyinə rayon icra başçısı Asif Ağayev tərəfindən müəmalı şəkildə “stop” qoyulub. Görüləcək işlər üçün elan edilən tenderlərdə iştirak etmək üçün başçının qəbulunda olan bir neçə iş adamına Asif Ağayev deyib ki, bu məsələnin “icazəsi” Dövlət Neft Şirkətinin vitse-prezidenti Bədəl Bədəlova bağlıdır. Yəni Beyləqan şəhərində abadlıq-quruculuq işləri üçün tenderin qalibini Asif Ağayev deyil, onun keçmiş şefi Bədəl Bədəlov həll edəcək.

Adının çəkilməsini istəməyən iş adamlarından birinin saytımıza verdiyi məlumatda qeyd edilir ki, Asif Ağayev əslində keçmiş şefi Bədəl Bədəlovun və Dövlət Neft Şirkəti rəhbərliyinin adından istifadə edir. Başçı tenderləri Şamaxıdan tanıdğı və həmin rayonun quruculuq işlərində iştirak edən şəxslərə vermək üçün məsələni Bədəl Bədəlovun üstünə atır.

Qeyd edək ki, Asif Ağayev Beyləqan şəhər küçələrinin asfaltlanması işini öz həmyerlisi olan 35 saylı Yol İstismar İdarəsinin müdiri Əliqulu Babaşova verib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Geri qayıt