Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İcra başçısından prezidentə ŞİKAYƏT
İcra başçısından prezidentə ŞİKAYƏT12-03-2019, 11:54 |
Neftçala rayonu , Bankə qəsəbəsi ünvanında yaşayan, Qarabağ müharibəsi qazisi həyat yoldaşını və yeganə oğlunu imkansızlıq ucbatından itirmiş Babayev Abduləli Adbala oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb DİA.AZ müraciəti olduğu kimi təqdim edir: Möhtərəm Prezident! Mən Sizə son bir ildə on ikinci dəfədir ki, Neftçala rayon İcra Hakimiyyətinə başçı təyin etdiyini, dövlətə və hakimiyyətə öz hərəkətləri ilə başucalığı gətirməyən İsmayıl Vəliyev haqqında şikayət ünvanlayıram. Sizin Ağsu şəhərində əhali ilə görüşünüzdən ruhlanaraq bəxtimi bir daha sınamaq qərarına gəldim. Şəxsən bizim rayon üçün çox xeyirxah işlər görmüsünüz. Bunu danmaq olmaz. Sizin şəxsi təşəbbüsünüzlə Sənaye Parkının tikintisi , Avtomobil zavodunun tikintisi , Şorsulu-Şirvanlı yolunun çəkilişi, Mərkəzi Xəstəxananın əsaslı təmiri və sair işlər əhali tərəfindən müsbət qarşılanmaqla yüksək qiymətləndirilir. Lakin bütün bunların üstündən icra başçısının sizin kölgənizə və mərhum dayısı , millətimizin qeyrətli oğlu İsmət Qayıbovun xalq arasında olan hörmətinə sığınan bu məmurun rayonda tutduğu əməllər başa düşülməzdir. Mən heç bir siyasi quruma və hər hansı bir şəxslərin mənafelərinə xidmət etmirəm, sadəcə əlimə silah alaraq erməni quldurları ilə vuruşa ona görə atılmışdım ki, Azərbaycanımın torpaqlarını qoruyum və Azərbaycan dövlətini , onun hakimiyyətini müdafiə edim. Sizin ünvanınıza yolladığım bundan öncəki müraciətlərimdə İsmayıl Vəliyevin yol verdiyi ciddi qanun pozuntuları haqqında geniş məlumat vermişdim. Amma əfsuslar olsun ki, o müraciətlər baxılmaq üçün onun özünə göndərildi, o da təqibə əl ataraq hüquq-mühafizə orqanları vasitəsi ilə mənim “dərsimi” verdi. Mən onun rayon ərazisində xeyli torpaq sahələrini özü üçün zəbt etməsi, rayon mərkəzinin çirkab içərisində saxlanması, sahiyyənin, təhsil işçilərinin əməklərinin istismar olunması, tikinti qumlarına sahib çıxaraq özü üçün satdırması, tərəfimizdən çoxmənzilli yaşayış evlərinin dam örtüklərinin dəyişdirilməsinə ayrılmış 3 milyon manat vəsaitin 1 milyon manası mənimsəməsini faktlarla yazıb göndərdiyim halda həmin məktublar baxılmaq üçün ona göndərildi. Yuxarı orqanlara göndərilən məktublardan çəkinməyən İsmayıl Vəliyev açıqcasına bildirilir ki, hara istəyirsiniz yazın, lap Prezidentə yazın bu mənim üçün problem deyil. Bu gün də o öz bəd niyyətlərindən əl çəkmir. Bu yaxınlarda fermerlər üçün ayrılmış gübrəni Salyan rayonunda satdıraraq əldə olunmuş mənfəəti mənimsəmişdir. O, ümumiyyətlə bu rayona atadan qalma miras kimi baxır. Ona tapşırılmış əhalinin xidmətində durmaq əvəzinə şəhid ailələrini bir-iki özünə yaxın adamı çıxmaqla incidir, onların qəbuluna belə çıxmır. Onun özbaşınalıqlarından biri də bələdiyyələrlə bağlıdır. Baxmayaraq ki, qanun icra orqanlarının bələdiyyələri özünün “xüsusi” şöbəsinə çevirmişdir. Hər həftənin V günləri bələdiyə sədrləri ya da onların nümayəndələri icra hakimiyyətinə çağırılaraq ayaq üstə durduzulur. Hansı bələdiyyə sədri sözünə baxmırsa baxmayaraq ki, yaşadığı ərazidən əhali tərəfindən seçilib, dərhal ərizəsi alınaraq vəzifəsindən kənarlaşdırılır, yerinə özünün təyin etdiyi adam(bələdiyyə üzvü olmasa belə) gətirlir. Fakt kimi rayonda fəaliyyət göstərən bələdiyyələrdən Yeniqışlaq bələdiyyəsini idarə edən, bələdiyyə üzvü olmayan Valeh müəllimi , Həsənabad bələdiyyəsini idarə edən kommersant qardaşı, Qaçaqkənd bələdiyyəsində Müzəffəri, Yenikənd bələdiyyəsində İmamnəzəri və siarəni göstərə bilərəm. Maraqlı burasıdır ki, sonuncu haqqında Bələdiyyələrlə İş Mərkəzinə ətraflı məlumat versəm də İsmayıl Vəliyev onu öz qanadı altına alaraq müdafiə etməkdədir, bu da onunla bağlıdır ki, İmamnəzərin oğlu ilə İsmayıl Vəliyevin sürücüsü ilə “işbirliyi” quraraq rayon ərazisində müxtəlif idarə və təşkilatlara məxsus metal dəmir konstruksiyaları oğurlayıb metal qəbulu məntəqələrinə təhvil verməklə külli məbləğdə qazanc əldə etmişlər. Bələdiyyələrlə bağlı yoxlanışa gələn Bələdiyyələrin İş Mərkəzinin vəzifəli şəxsləri sanki İsmayıl Vəliyevdən qorxur, onun ərazi nümayəndələri vasitəislə inhisara alınmaqla təyinatı qanunsuz olaraq dəyişdirilib hər hektara 60-80 manat rüşvət müqabilində əkin altına verilir. Son nəticədə yerli əhaliyə məxsus mal-qaranın otlaq sahəsi zəbt edilməklə böyük narazılıqlara yol açılır. Bu yaxınlarda yaşadığım qəsəbə əhalisinin bu problemlə bağlı keçirdikləri aksiyanı misal göstərə bilərəm… Neftçala rayonu 80-ci illərdəki abad simasını itirmişdir. İcra başçısından soruşan gərəkdir ki, mərkəzi büdcədən rayonun abadlığına ayrılmış vəsait hara xərclənmişdir ? Sonra onu bildirmək istəyirəm ki, xalq möhtərəm prezident sizdən razıdır. Xüsusilə son dövrlərdə sosial müavinətlərdəki , əmək haqqlarındakı artımlar, idarəetmə sahəsində apardığınız islahatlar müsbət qiymətləndirilir. Sizə xəyanət edən , yerlərdə əhalinin narazılığına yol verən məmurlarla xudahafizləşməyin vaxtı çatmışdır. Xalq sizə inanır. Biz sizinləyik.(bizimxeber.az) Geri qayıt |