Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şeyxin qardaşı deputat həmkarının obyektini TƏHLÜKƏ ADLANDIRDI

Şeyxin qardaşı deputat həmkarının obyektini TƏHLÜKƏ ADLANDIRDI


14-03-2019, 12:36
Şeyxin qardaşı deputat həmkarının obyektini TƏHLÜKƏ ADLANDIRDI
“Bəzi yerlərdə satılan balıqlar ekoloji baxımından təmiz deyil. Çünki onların heç birinin mənşəyi bilinmir. Harda və necə saxlanılması ilə bağlı heç bir məlumat yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, Xəzər dənizində balıq tutmağa icazə verilmir.

“Əgər bu balıqlar Xəzər dənizindən tutulmursa, deməli yol qıraqlarında satılan balıqlar fərdi şəkildə yetişdirilən balıqlardır. Öncə bu yetişdirilən balıqları araşdıraq, görək hansının sertifikatı var?! Üstəlik yol kənarlarında satılan, günlərlə vannalarda saxlanılan və ekoloji baxımından təmiz olmayan balıqları insanlara, xüsusilə körpələrə yedizdirməyimiz nə dərəcədə doğrudur?!

Təbii, bu təhlükə hissə-hissə sıradan çıxarılmalıdır. Çünki Azərbaycan hər sahədə inkişaf edib. Bu sahədə də müəyyən addımlar atılmalı, insanlarımıza ekoloji baxımından təmiz ərzaqlar satılmalıdır”.

Cavanşir Paşazadə bildirib ki, çay kənarlarında mövcud olan zavodlar da çay sularını çirkləndirir:

"Məsələn, məndə olan məlumata görə, bəzi çay kənarlarında cücə zavodları fəaliyyət göstərir. Həmin zavodun ölmüş toyuq-cücələri yaxınlıqdakı çaya axıdılır. Bu məsələlərə nəzarət güclənməlidir. Təbii ki, bəzi məhsulların istehsalı üçün müəyyən dərmanlardan istifadə olunur. Maşınlar, texnikalar işlədilir. Mazutlar çaylara axıdılır. Bu da təbii ki, təbiətə və insan sağlamlığına ziyan vuran məsələlərdir. Düşünürəm ki, bu qanunun işlədilməsi üçün buradan başlamaq lazımdır”.

DİA.AZ xatırladır ki, bir müddət əvvəl yerli KİV-də deputat İqbal Məmmədova məxsus olan "Lebro” Broyler tərəfindən Lerikin Piran kəndi sakinlərinin gündəlik istifadə etdikləri çaya kəsilmiş toyuqların qanının axıdılmasının əksini tapdığı videofaktlar yayılmışdı. İndi isə görünəni odur ki, hörmətli deputat Cavanşir Paşazadə deputat həmkarının obyektinin təbiətə və insanlara yaratdığı təhlükəniyenidən gündəmədaşımış olur.

Geri qayıt