Əsas Səhifə > Güney Press, Reklam > "Bakcell" “Bahar Qalası” festivalının sponsoru olub
"Bakcell" “Bahar Qalası” festivalının sponsoru olub28-03-2019, 08:28 |
DİA.AZ: - Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Novruz bayramı münasibətilə ümumxalq şənliyinə qatılıb. DİA.AZ xəbər verir ki, şirkət “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş “Bahar Qalası” festivalının sponsoru olub. Mart ayının 20-dən 26-na kimi davam etmiş ənənəvi “Bahar Qalası” festivalında milli-tətbiqi sənət məhsulları, rəsm əsərləri, yerli sənətkarların hazırladıqları əl işləri, suvenirlərin satış-sərgisi nümayiş olunub. Festival çərçivəsində təşkil edilmiş konsert proqramı, tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında rəqslər və nəğmələr təqdim edib, Azərbaycan estradasının ulduzlarının ifasında sevilən mahnılar səsləndirilib. Həmçinin, martın 23-də “Bahar Qalası” festivalının xüsusi qonağı olan Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edib. Azərbaycan xalqına hər zaman yaxın olan Bakcell şirkəti ölkənin milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək “Bahar Qalası” festivalının sponsoru olub. Festival çərçivəsində İçərişəhərdə quraşdırılmış Bakcell stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada, qonaqlar “Bakcell”in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar. Qeyd edək ki, İçərişəhərdə keçirilmiş festival və ümumxalq Novruz şənliyində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər. Geri qayıt |