Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in dəstək olduğu “Dataforest” startapı “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin çempionu seçilib
Azercell-in dəstək olduğu “Dataforest” startapı “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin çempionu seçilib28-03-2019, 12:47 |
DİA.AZ: - “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstək olduğu startaplar beynəlxalq miqyaslı müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər. Bu dəfə, mərkəzin gənc rezidentlərindən “Dataforest” böyük uğura imza ataraq, “İKT tətbiqi: Həyatın bütün aspektlərində fayda – E-biznes” kateqoriyasında (Action Line 7. ICT Application: Benefits in all aspects of life - E-business) “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin (WSIS) çempionu seçilib. DİA.AZ xəbər verir ki,ilk dəfə 2012-ci ildə keçirilən “WSIS”, rəqəmsal sahələrdə mövcud trendlərin, yeniliklərin və çətinliklərin müzakirə olunduğu ən iri toplantı hesab olunur. Qeyd edək ki, “Dataforest” “WSIS” Pay Sahibləri cəmiyyəti tərəfindən təsdiqlənən 1064 layihədən biri idi. 2019-cu il, 8-12 aprel tarixləri ərzində İsveçrənin Cenevrə şəhərində keçiriləcək “WSIS 2019 Forumu”nda “WSIS” cəmiyyətinin 2 milyondan artıq səs toplayan 18 qalib və 72 çempion layihəsinin mükafatlandırılması gözlənilir. Məlumat üçün bildirək ki, “Dataforest” dünyanın hər yerindən öz məlumatlarını yükləmək və paylaşmaqla asudə vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal bir platformadır. “Dataforest”- müxtəlif məlumatı özündə cəmləyən keyfiyyətli, sürətli və rahat bir mənbədir. 2018-ci ildə “MİT Qlobal Startap Laboratoriyası”nda yaranan startap, ölkəmizdə də qısa müddət ərzində böyük nailiyyətlər qazana bilib. Belə ki, “MİT GSL Azerbaijan Demoday”inin qalibi olan layihə, “AWITA 2018”də “İlin Startapı” kimi mükafatlandırlıb. Qeyd etmək istərdik ki, bu il fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə əsasən informasiya texnologiyaları sahəsinə aid layihələrin və startapların şirkətləşməsinə kömək edir. Ölkənin ilk biznes inkubatoru olan mərkəz 20-yə yaxın uğurlu layihəyə ev sahibliyi edib. Geri qayıt |