Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti


10-04-2019, 12:34
“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti
Rubrika.az saytında dərc olunmuş “Sobsan Boya” şirkəti Şamaxıda insanları torpaqsız qoyub - İş o yerə çatıb ki, hətta vəfat edən şəxsin də adına saxta etibarnamə hazırlanıb və bu yolla torpaqların şirkətə verilməsi “qanuniləşdirilib” başlıqlı məqalə geniş əks-səda doğurub. Xatırladaq ki, yazıda “Sobsan Boya” şirkətinin Şamaxıda vətəndaşların uzun müddət istifadəsində olan torpaqları müxtəlif vasitələrlə ələ keçirməsindən, onları dolanacaq mənbəyindən məhrum etməsindən bəhs edilirdi.

http://rublika.az/index.php?newsid=49359

Redaksiyamıza “Rəmzi-S” MMC-nin (Sobsan şirkəti) direktoru Orxan Allahverdiyev tərəfindən şirkətin mövqeyini əks etdirən məktub daxil olub. Məktubda bildirilir ki, “ Rubrika.az saytında Babası Niftalıyevə istinadən dərc olunan məlumatlar tamamilə əsassızdır. Sobsan şirkətinin Şamaxı rayonunda hər hansısa torpaq sahəsi yoxdur. Sobsan şirkəti boya və boya məhsullarının istehsalı ilə məşğul olur və heç vaxt kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmamışdır".

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

Həmçinin xatırladaq ki, Sobsan şirkətinin direktoru O.Allahverdiyev redaksiyamıza zəng edərək onların bu məsələyə hər hansı aidiyyatının olmadığını, yazıda qeyd olunan torpaqların “Aqro Mədrəsə MMC” şirkətinə məxsusdur və həmin şirkətlə “Sobsan Boya” şirkətinin heç bir bağlılığı yoxdur.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

Orxan Allahverdiyevin həm yazılı,həm şifahi təkziblərinə baxmayaraq torpaq qalmaqalında adı çəkilən, şikayətçinin dəfələrlə görüşərək problemi həll etməyə çalışdığı Cavid Səbzəliyevin kimya sənayesi müəssisəsi olan Sobsan-ın və eyni zamanda mühərrik yağları istehsalçısı Technol-un həmtəsisçisi olması təkzibolunmaz faktdır. Şikayətçi bildirir ki, o bir neçə dəfə C.Səbzəliyevlə görüşərək problemi həll etməyə çalışıb, lakin ona vədlər verilsə də heç bir tədbir görülməyib. Necə olur ki, C.Səbzəliyev Sobsan Boya şirkətinin təsisçisi olduğu halda onun adı çəkilən torpaq qalmaqalında şirkətinin adının çəkilməsi doğru hesab olunmur?

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

Rubrika.az saytının apardığı araşdırma nəticəsində məlum oldu ki, “Aqro Mədrəsə” ASC Şamaxı rayonu ərazisində əsasən üzümçülük və şərabçılıqla məşğul olur. Həmçinin ASC-nin torpaq alqı-satqı , eləcə də təsisçilik sənədlərində Səbzəliyev qardaşlarının-Cavid və Araz Səbzəliyevlərin adı qeyd olunur. Bəs onda necə olur ki, torpaq qalmaqalı ilə Səbzəliyevlərin və dolayısı ilə Sobsanın heç bir əlaqəsi olmur?

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

“Aqro Mədrəsə” ASC-nin Pərviz Hüseynov kimi özünü təqdim edən hüquqşünası (bəzi məlumatlarda həmin hüquqşünasın "Sobsan" şirkəti ilə bağlı hüquqi məsələlərdə tərəf kimi iştirak etdiyi bildirilir) redaksiyamızla əlaqə saxlayaraq 12,94 ha torpaq sahəsinin “Az Granata” şirkətindən alındığını bildirdi. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, qeyd olunan torpaq sahəsi 12.07.2016-cı ildə Araz Səbzəliyevin adına dövr edilib. Bu bir daha “Aqro Mədrəsə” ASC-nin bilavasitə Səbzəliyevlərlə bağlı olduğunu və şikayət edilən torpaq qalmaqalı ilə onların birbaşa əlaqəli olduğunu sübut edir.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

Rubrika.az saytı vasitəsilə ölkə rəhbərliyinə, hüquq mühafizə orqanlarına müraciət edən Şamaxı sakinləri torpaqların ələ keçirilməsi zamanı dəhşətli saxtakarlıqlara imza atıldığını, araşdırmalar aparılarsa daha ciddi faktların üzə çıxarılacağını bildirirlər. Şikayətçilər bildirirlər ki, “Aqro Mədrəsə” ASC-yə məxsus olan 4,27 ha torpaq sahəsi saxta yolla əvvəlcə vəfat etmiş bir şəxsin saxta etibarnaməsi ilə başqa bir vətəndaşın adına sənədləşdirilir, daha sonra həmin vəfat edən şəxsin “etibarnaməsi” ilə Araz Səbzəliyevin (yenə də Səbzəliyevlər!) adına dövr edilir. Nəhayət həmin torpaq sahəsi “Aqro Mədrəsə” ASC-nin balansına keçir. Göründüyü kimi şirkət və Səbzəliyevlər hansı vasitələrlə vətəndaşların torpaq sahələrini ələ keçirirlər.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

Rubrika.az saytı vasitəsilə dövlət başçısından kömək istəyən aprel şəhidinin atası Nadir Zəkərəliyev də “Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasətinin qurbanlarından biridir. Şəhid atası bildirir ki, ona məxsus olan və rəsmi sənədlərlə təsdiq olunan 84 sot torpaq sahəsindən artıq 1 ildən çoxdur ki, istifadə edə bilmir. Çünki, həmin torpaq sahəsi “Aqro Mədrəsə” ASC tərəfindən çəpərlənərək ələ keçirilib. Göründüyü kimi dövlət tərəfindən şəhid ailələri ən yüksək səviyyədə qayğı ilə əhatə olunduğu halda, “Aqro Mədrəsə” ASC şəhid ailəsinin də torpağını əlindən almaqdan çəkinmir.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

Rubrika.az saytı vasitəsilə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanıma:
“Artıq xeyli müddətdir ki, biz “Aqro Mədrəsə” ASC-nin və Səbzəliyev qardaşlarının “çəpərləmə” siyasətinin nəticəsində yeganə dolanacaq mənbəyimiz olan torpaqlarımızdan məhrum olmuşuq. Müxtəlif qanunsuz yollarla, hətta ölmüş birisinin adından sənəd verməklə belə torpaqlarımızı ələ keçirən şirkət bizləri çətin vəziyyətdə qoyub. Səbzəliyevlər hər vasitə ilə bizi torpaqlarımızdan məhrum etməyə çalışırlar.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

Onlar artıq sadə insanlarla hədə-qorxu dili ilə, təhdid yolu ilə danışırlar. Şirkətin hüquqşünası torpaqlarını tələb edən insanlara şirkət sahibləri adından hədə-qorxu gəlir, qanuni tələblərindən geri çəkilməyə məcbur edir. Biz torpaq adamlarıyıq, çörəyimiz torpaqdan çıxır. İndi bir qrup insan bizi torpaqsız qoymaq istəyir. Bəlkə sizlər deyəsiniz-bəs biz necə dolanaq, kimdən kömək istəyək?”

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

P.S. Orta əsrlərdə yun parçaya tələbatın artması ilə əlaqədar İngiltərədə feodallar kəndliləri yaşayış yerlərindən qovur,torpaqlarını çəpərləyib qoyunlar üçün otlaqlara çevirirdilər. O zaman belə bir məhşur deyim yaranmışdı: “Qoyunlar adamları yeyirlər”. Deyəsən Şamaxıda da üzümlüklər adamları yeməyə başlayacaq!!!

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

PS. Prezident İlham Əliyev cənablarına müraciət

83 yaşlı B.Niftalıyevlər və mövzuda adı keçən aprel şəhidinin ailəsi xatırladıram ki, Babası kişinin on övladı var və bu insanların hər birinin ailələrinin qazandığı bir parça çörək iyirmi ilə yaxındır ki, bəhs edilən torpaqdan çıxır. Hazırda həmin ailələr (şəhid ailəsi Nadir Zəkərəliyev orda olmaq şərti ilə) həmin torpaq ərazisində çadır quraraq sizdən və aidiyyatı qrumlardan imdad diləyir.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti

Çox hörmətli Z.Qaralovun diqqətinə.

Son məlumatda bildirilir ki, bəhs edilən torpaq ərazisində şirkət tərəfindən vətəndaşları ölüm həddinə çatdırmaq kimi proseslər baş verir. Hətta yaralıların olmağı ilə bağlı məlumatlar da verilir.

Geri qayıt