Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səfər Mehdiyev "yaşıl dəhliz"i necə qara rəngə bürüyür...
Səfər Mehdiyev "yaşıl dəhliz"i necə qara rəngə bürüyür...18-04-2019, 12:02 |
Nəhayət ki , 1 fevral 2019-cu il tarixdən “Yaşıl Dəhliz” sistemi işə düşdü. Bu sistemin tətbiqi 3 il bundan öncə, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentin 2016-cı il 4 mart tarixli və 2016-cı il 21 may tarixli Fərmanında, həmçinin də Strateji Yol Xəritəsində nəzərdə tutulurdu. Xatırlayıram ki, bu sistemlə bağlı ilk təqdimatlar da 2016-cı ildə edilmişdi. Nədir sistemin mahiyyəti? “Yaşıl Dəhliz” sistemindən istifadəyə icazəsi olanların malları və nəqliyyat vasitələri gömrük buraxılış məntəqəsində fiziki baxışdan keçirilməyəcək. Yalnız kağız-kuğuza, sənədlərə baxıb, qeydiyyata alıb buraxacaqlar. Yəni, təsəvvür edin ki , nəhəng bir TIR yaxınlaşır gömrük məntəqəsinə sadəcə pəncərədən bir neçə sənədi gömrük əməkdaşına verəcək və yoluna davam edəcək. Kimlər bu statusu ala biləcək? Bu statusa malik olmaq üçün, xarici ticarətçilər qanunvericiliyə riayət edəcəklərini öncədən bəyan etməklə DGK-ya müraciət etməlidirlər. Elekron müraciət sistemi də hazırlanıb. 3 ildə cəmi 53 xarici ticarət iştirakçısına belə səlahiyyət verilib. Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunub. Qaydalarda elə də çətin şərtlər müəyyən olunmayıb. DGK sahibkarın təqdim etdiyi məlumatlarda saxtakarlıqlar müəyyən etdikdə statusu onun əlindən ala bilir. Son dövrlərdə gömrük sistemində aparılan islahatlar baxmından, xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, ölkənin ixrac potensialını gücləndirmək, könüllü riayət mədəniyyətini formalaşdırmaq, gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirmək, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaq baxımından çox əhəmiyyətli bir sistemdir. “Yaşıl Dəhliz” sistemi necə uğursuzluğa çevrilir Proseslə bağlı Anaxeber.info-a danışan sahibkarlar bildirir ki, aşağıdakılar uğurlu fəaliyyətinə əngəllər yaradır : 1. Sərhəd buraxılış məntəqəsində hazırda 2 yoxlama pəncərəsi var : DGK və DSX. Əgər Dövlət Sərhəd Xidməti əvvəlki qaydada, paralel nəzarət mexanizmini həyata keçirəcəksə “Yaşıl Dəhliz” üçün QIRMIZI işıq yanması ehtimalı böyükdür . Çünki mövcud qanunvericilikdə DSX-nın paralel yoxlama aparmaq səlahiyyəti qeyd edilib. 2. “Yaşıl Dəhliz” –dən daimi istifadə statusu əldə edənin hansısa səbəbdən bu statusdan məhrum edildikdən sonra ümumiyyətlə adi xarici ticarət iştirakçısı statusunu itirməsi də sahibkarları bu sistemdən çəkindirə bilər. Məsələn, maraqlıdır ki, nə əcəb indiyədək cəmi 53 nəfər bu statusu qazanıb. 3. DGK-da bu sistemin tətbiqi, ümumiyyətlə DGK xidmətlərinin bir xeylisinin elektronlaşması xarici ticarət iştirakçılarından müəyyən İKT bacarıqlarıı tələb edir. Bu bacarıqlara sahib olmayanlar ya gərək əlavə xərc çəkib əməkdaşları işə götürsünlər, ya da öyrənsinlər . Əks halda bu sistem onlarlıq deyil. 4. Əgər bu statusa iddia edənlər üçün DGK-da ayrı-seçkilik siyasəti yaranarsa, gömrük-buraxılış məntəqələrində sui-istifadə və qeyri-peşəkarlıq olarsa, bu, sistemin uğuru üçün təhlükə yarada bilər. AnaXeber.info-a müraciət edən sahibkarlar prezidentdən kömək istəyir: “Sizinkəndtəsərrüfatı ixrac edən sahibkarlar üçün yaradılmasına sərəncam verdiyiniz “Yaşıl Dəhliz” sistemi çox rəğbətlə qarşılandı. Çünki Yaşıl Dəhliz sistemi ilə sahibkarlar öz ixraclarında sərbəst və istədikləri vaxt məşğul olacaqlarına böyük ümüdlər bəsləyirdilər. Lakin çox təəssüf Yaşıl Dəhliz sistemindən də hər kəs istifadə edə bilmədi. Gömrük komitəsində adamı olannar bu sistemnən istifadə razılığı alsalarda adi sahibkarlara bu qaydanı tətbiq etmək mümkün olmadı. Əksinə olaraq Yaşıl Dəhliz bəzilərini Qara Dəhlizə ötürdü. Yəni əvvəllər kənd təsərrüfatı məhsullarını rahat şəkildə ixrac edənlərə, yaşıl dəhliz vasitəsilə maneələr yaradıldı. Belə ki yaşıl dəhlizdən istifadə etməyənlər növbə gözlədiyi halda gömrük keçidindən Yaşıl Dəhliz istifadəçiləri növbədən kənar keçməsi ilə ,uzun vaxt ərzində növbədə gözləyənlərə pis təsir bağışlayırlar. Bu isə sahibkarlar arasında da çaşqınlıq yaradır. Hörmətli S .Mehtiyev Yaşıl Dəhlizdən istifadənin qeyri şərtsiz olacağını bildirsədə, sonradan müəyyən maneələrlə müəyyən adamlara verildi. Cənab Prezident Yaşıl Dəhliz gözəl bir sistemdi, ancaq bizdə bu sistemin ortaya çıxması səriştəsizlikdən , başqa dəhliz istifadəçilərinin ixracına təsirsiz ötüşmür. SİZDƏN XAHİŞ EDİRİK YAŞIL DƏHLİZİN ƏSAS ANLAMININ YER ALMASI ÜÇÜN BU MƏSLƏYƏ ÖZ MƏSLƏHƏTİNİZİ VERƏSİNİZ. ƏVBƏLCƏDƏN ÖZ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRK.” 1.Həsənov Şahin Göyçay rayonu tel 0516168269 2. Ağaməmmədov Müşviq Sabirabad rayonu. 070 977 38 77 3. Canıyev Roma 4.Zeynalov Mikayıl. Ağsu rayonu 5.Atakişiyev Telman. Şəmkir rayonu 6.Əzizov Niyaməddin. Bərdə rayonu Geri qayıt |