Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ordenli başçının sanılı günləri qalıb...
Ordenli başçının sanılı günləri qalıb...19-04-2019, 16:29 |
DİA.AZ: - Keçən il 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasovun tezliklə vəzifədən kənarlaşdırılacağı ilə bağlı hazırda yuxarı dairələrdə ciddi müzakirələr aparılır. Bu barədə əldə etdiyi bilgiləri DİA.AZ-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı Qusar rayon camaatı ilə normal rəftar edə, sakinlərin problemlərini yoluna qoya və ən əsası da ölkə başçısının müvafiq tapşırıqlarını lazımı səviyyədə icra edə bilmir və son zamanlar Qusardan artan şikayətlər nəhayətdə başçı ilə bağlı qərarın verilməsinə nədən olub. Mənbə dia-az.life-a bildirir: «Artıq Qusar rayon sakinlərinin səbri tükənmək üzrədir. Odur ki, aidiyyəti qurumlar tez bir zamanda məsələyə müdaxilə etməli, yaranmış problemin həlli istiqamətində ciddi işlər görməlidirlər. Yeri gəlmişkən, onu da qeyd edim ki, Şair Alxasov icra başçısı təyin olunduqdan sonra rayon üzrə tenderlərin sayı və məbləği xeyli artmağa başlayıb. Bu isə tamam başqa məqamlardan xəbər verir. Deyilənlərə görə, tenderlər zamanı ayrılmış vəsaitlərin çox az bir hissəsi təyinatı üzrə xərclənir. Belə ki, ayrılmış vəsaitin əsas hissəsi qeyri-müəyyən səmtlərə sərf olunur». Bu arada qeyd edək ki, Şair Alxasovun əslən Qusar rayonunun Çətkün kəndindən olduğunu, 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirdiyini, əmək fəaliyyəti dövründə «Azərelektroterm» İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, «Bərpaçı-A» MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışdığını, 2007-ci ildən isə Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunduğunu vurğulayan mənbənin sözlərinə görə, o, rayon ərazisində müxtəlif obyektlərə malikdir: «Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun gəlir qaynaqları arasında restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük supermarketlər var. Bildirilir ki, icra başçısı təyin edilməmişdən əvvəl Şair Alxasov Bakıda biznes fəaliyyəti ilə məşğul olub. Bu səbəbdən də o, indinin özündə də əvvəlki peşəsindən əl çəkməyib. Yəni Qusar Rayon İcra Hakimiyyətinin başçısı olmasına baxmayaraq, hələ də biznes fəaliyyətini davam etdirir». Əlavə bilgilərimiz olacaq, qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |