Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Eldar Mahmudovun oğlunun şok əməlləri:
Eldar Mahmudovun oğlunun şok əməlləri:26-04-2019, 12:00 |
“AGBank” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvü olmuş Mixail Framsev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə ifadə verib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, həmçinin sabiq nazirin köməkçi olmuş Vüqar Mahmudov bir çox pul əməliyyatlarını bu bank vasitəsi ilə həyata keçirib. Mixail Framsev bildirib ki, Vüqar Mahmudovu təxminən 2011-2012-ci illərdən tanıyır, o, bankın müştərisi olub: “Təxminən 2005-2006-cı illərdə Litva Respublikasında fəaliyyət göstərən “ABLV” bankın əməkdaşları ilə münasibətlərim yaranıb. 2006-cı ildə həmin bank Azərbaycanda nümayəndəlik açdı. Baltikyanı ölkələrdə fəaliyyət göstərən banklar əsasən offşor ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün hesablar açmaqla xidmət göstərirlər. Azərbaycanda da müəyyən iş adamları həmin offşor müəssisələr açmaqla biznes fəaliyyətlərini həyata keçiriblər”. Mixail Framsev qeyd edib ki, bank işçisi kimi 2010-2012-ci illərdə özünə bir neçə offşor müəssisəsi açıb: “Bu offşor müəssisələri xarici ölkələrdə biznes fəaliyyəti qurmaq üçün almışam. İnternet vasitəsi ilə offşor müəssisələrin açılması və qeydiyyata alınması çox sadədir. “ABLV” bankın offşor müəssisələrin qeydiyyata alınması üçün hüquqi firması var və bütün işlərlə həmin firma məşğul olur”. Bank işçisinin sözlərinə görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov və onun faktiki rəhbərlik etdiyi “Kaspian Kristal” MMC-də “AGBank”ın müştərilərindən olub: “Anar Mahmudov və “Kaspian Kristal” MMC-nin direktoru Fuad Hacıyevlə də münasibətlərim var. Onlar mənim bank işçisi kimi geniş əlaqələrə malik olduğumu bilib və bir neçə dəfə xarici ölkələrə pul köçürmək üçün mənə müraciət ediblər. Onlar xahiş etdilər ki, nağd qaydada pulu onlardan Azərbaycanda qəbul edib, özümün xarici ölkələrdəki bank hesablarımdan onlara verilməsini təmin edim. Münasibətlərim yaxşı olduğundan və onlara etibar etdiyim üçün təklifləri ilə razılaşdım. Bu məqsədlə sabiq milli təhlükəsizlik nazirinin köməkçisi Vüqar Mahmudov bir neçə dəfə mənə zəng edərək müxtəlif məbləğlərdə pul vəsaitlərinin gətiriləcəyini və bu pul vəsaitlərinin hansısa Avropa ölkəsində yerləşən müəssisənin hesabına köçürülməsini xahiş etdi. Vüqarla danışandan sonra Fuad Hacıyev mənimlə əlaqə saxladı, göndəriləcək pul vəsaitinin məbləğini, hansı hesaba köçürülməli olduğunu bildirdi. Daha sonra xatirlamadğım bir şəxs pul vəsaitini mənə xidməti otağımda çatdırdı. Pul vəsaiti deyilən hesaba köçrürüləndən sonra Fuad Hacıyevə məlumat verdim. Fuadın bu barədə Vüqar Mahmudova məlumat verib-vermədiyini bilmirəm. Bu pul köçürmə hadisəsi bir neçə dəfə təkrarlanıb. Bu barədə mənə Vüqar Mahmudovdan başqa Fuad Hacıyev və Anar Mahmudov da müraciət edib. Bu pulların mənbəyi barədə məlumatım yoxdur. Onların dedikləri hesablara pulları özümün offşor müəssisələrimin “ABVL” bankında olan hesabımdan ödəmişəm. Ümumi şəkildə deyə bilərəm ki, Vüqar Mahmudovun bildirməsi ilə mənə Fuad Hacıyev tərəfindən 10 milyon manat pul vəsaiti göndərilib. Ümumilikdə isə Fuad Hacıyev tərəfindən mənə 25 milyon manata yaxın pul vəsaiti göndərilib”. Bank işçisi deyib ki, 2012-2013-cü illərdə Vüqar Mahmudovun xahişi ilə onun üçün iki offşor müəssisəsi açıb. Qeyd edib ki, həmin müəssisələr vasitəsi ilə xaricə köçürülən pulların sonrakı istifadəsindən məlumatı olmayıb. Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib. Geri qayıt |