Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Adamlar mal-qaralarını, qoyun sürülərini otarmağa yer tapmır..."
"Adamlar mal-qaralarını, qoyun sürülərini otarmağa yer tapmır..."30-04-2019, 17:03 |
“Kənddəki 2 min ailənin mal-qarasını otarmağa yer yoxdur. Azı 100 hektarlıq yer hissə-hissə satılıb, hardasa 15-20 hektar yer qalıb. Adamlar mal-qaralarını, qoyun sürülərini otarmağa yer tapmır”. Bunu Xaçmazın Çarxı kənd sakinləri deyir. Onların sözlərinə görə, kəndin örüş yeri son 1il ərzində hissə-hissə müxtəlif adamlara satılıb, çəpərlənib. İndi 2 min ailənin mal-qara və qoyun-quzusunu otarmağa yer tapılmır. Kənd sakini Zaur Əliyev: “O vaxt torpaq islahatları aparılanda, kəndlilərə pay torpaqları veriləndə hamıdan örüş sahəsinə görə 10-15-20 sot torpaq sahəsi saxladılar. Ötən ilədək hamı ümumi sahəsi 100 hektardan çox olan örüş yerində rahat şəkildə mal-qarasını, qoyun sürülərini otarırdı. Son 1 ildə örüş sahəsi sürətlə satılmağa başlandı. Biz dava-qırğınla vur-tut 15-20 hektar yer saxlaya bildik. Ancaq bu 1 ildə o qədər əziyyət çəkdik ki… Adamlar mal-qaranı otarmağa yer tapmır, məcbur oluruq mal-qaranı tövlədə saxlayaq. Heyvanlar havasızlıqdan xəstəlik tapır, ölür, iştahları kəsilir, süd vermir, qısırlaşır”. “Təsərrüfatlar məqsədli şəkildə məhv edilir” Kənd sakini Fikrət Nadirov deyir, əhali əsasən meyvəçilik və heyvandarlıqla məşğul olur. Örüşsüzlük səbəbindən heyvandarlıq yoxa çıxmaq üzrədir: “Heyvana yem çatdıra bilməyən kəndli məcburdur, onu bazara çəkib satsın… Bu da o deməkdir ki, yaxın vaxtlarda kənddə heyvan qalmayacaq. Meyvəçiliyi susuzluqla məhv edirlər, heyvandarlığı örüşsüzlüklə. Bir-iki nəfər pul qazanacaq deyə, 2 min ailənin sürüsü qalıb ortalıqda, bu boyda özbaşınalıq olar? Bu, bir kəndin təsərrüfatını məhv etmək deməkdir”. Kəndlilərin deməsinə görə, onlara heyvan otarmaq üçün saxlanılan yer kəndin qəbiristanlığının ətrafıdır: “Orda da demək olar ki, ot yoxdur. Heyvanları aparıb tökürük ora, quru yerdir. Bir az qalırlar orda, məcbur oluruq qaytaraq tövləyə, gedək, ot alaq, gətirib tökək qabaqlarına, yesinlər. Belə heyvandarlıq olar? Bir il əvvələdək mal-qara otardığımız yerlərin ətrafını bağlayıblar, xəndəklər atıblar, əkin işləri də aparılıb. Torpaqları satan bələdiyyədir, alanlar da elə kənddəndir. Bir dəfə bələdiyyə sədrinə müraciət elədik, gəldi, dedi, daha satılmayacaq. Ancaq baxırıq ki, hissə-hissə yenə satılır. Geri qayıt |