Əsas Səhifə > Güney Press, Reklam > “Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib
“Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib6-05-2019, 17:07 |
DİA.AZ:- Ölkənin ən gənc mobil operatoru “Nar”, satış şəbəkəsinin nümayəndələri ilə keçirdiyi görüşdə 2018-ci ilin nəticələrini açıqlayıb və ötən ilin müvəffəqiyyətli bir il olduğunu elan edib. DİA.AZ xəbər verir ki, təqdim etdiyi yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri və müştəriyönümlü fəaliyyəti ilə seçilən mobil operatorun yeni abunəçilərinin sayı ötən il ərzində 22% artıb. Dilerlər sağlam və dayanıqlı iş birliyinə əsaslanan fəaliyyət nəticəsində ümumi satışın 65%-ni həyata keçiriblər ki, bunun da 68%-i Bakı, 32%-i isə regionların payına düşür. “Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar”-ın əsas hədəfi şirkətin müştəriyönümlü brend strategiyasını satış şəbəkəsinin fəaliyyətində də əks etdirməkdir: “Nar” olaraq pərakəndə satış bazarında yeni bir inkişaf yolunun başlanğıcındayıq. Bizim kompakt, lakin çox aktiv fəaliyyət göstərən rəsmi diler şəbəkəmiz var. 2019-cu ilin mühüm planlarından biri diler şəbəkəmizi müasir tələblərə uyğun yeniləmək, təkmilləşdirmək və genişləndirməkdir. Bununla da, məqsədimiz “Nar” dükanlarını ziyarət edən müştərilərimizə üstün müştəri xidməti göstərmək, onların tələblərinə uyğun asan və rahat təkliflər irəli sürmək, bir sözlə, mükəmməl müştəri təcrübəsini təmin etməkdir”. “Nar” cari ildə satış şəbəkəsinin genişləndirilməsi məqsədilə, dükan sayını 90-a çatdırmağı, bütün dükanlarda şirkətin brend strategiyasını əks etdirmək üçün yenilənmə işləri həyata keçirməyi, eyni zamanda, effektiv fəaliyyət və müasir müştəri təcrübəsini təmin etmək üçün prosesləri müasir standartlara uyğun olaraq təkmilləşdirməyi qarşısına hədəf qoyub. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Geri qayıt |