Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Mənə kimsə toxuna bilməz..."
"Mənə kimsə toxuna bilməz..."23-05-2019, 15:47 |
DİA.AZ: - "Mənə kimsə toxuna bilməz..." Bu sözləri Ağsu rayonunun icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev deyir... DİA.AZ-a danışan mənbə iddia edir ki, keçmiş nazir Səlim Müslümovun dayısı olan Ənvər Seyidəliyev bu gün postunda arın-arxayın görünür. Mənbənin söylədikləri: "Ənvər müəllim hər yerdə deyir ki, ona toxunmayacaqlar. 12 ildir Ağsuya rəhbərlik edir, daha 12 il də edəcək. Ənvər müəllim deyir ki, Ağsunun başçısı postu ilə bağlı birbaşa olaraq hələ də Səlim Müslümov sorumludur. Ona görə də kimsə ona dəyməyəcək". dia-az.life-a danışan mənbə əlavə edir ki, bu günlərdə Ağsuda səyyar qəbul olub.Başçıdan naraı olan vətəndaşlar "yuxarılara" şikayət edəcəklərini deyiblər. Başçı da əvəzində deyib ki, "hara istəyirsiniz şikayət edin, mənim Səlim Müslümov kimi bacoğlum var..." İddia olunanlarlabağlı dia-az.life olaraq bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |