Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Bu bank nəinki faizləri silir, hələ özündən yeni faizlər fikirləşir…”
"Bu bank nəinki faizləri silir, hələ özündən yeni faizlər fikirləşir…”24-05-2019, 12:13 |
Azərbaycanda son zamanlar ən çox şikayət olunan banklardan biri də "Unibank”dır. İndiyədək mətbuatda ayrı-ayrı müştərilərin bu bankla bağlı müxtəlif səpkili şikayətlərinə tez-tez rast gəlinirdi. Bankı daha çox özbaşınalıqda, müştərilərə qarşı hörmətsiz, kobud davranmaqda ittiham edirdilər. Ölkə başçısının dollar kreditlərinə görə kompensasiya verilməsini nəzərdə tutan sərəncamından sonra isə şikayətlər qat-qat çoxalmağa başladı. "Unibank”ın kompensasiyaların ödənilməsi prosesindəki fəaliyyətindən narazılıq edən müştərilərin dediklərinə inansaq, belə nəticə çıxır ki, bank hətta ölkə başçısının sərəncamını da məhz özü istədiyi, özünə sərf edən formada həyata keçirir. Əslində, sözügedən sərəncamda və Maliyyə Bazarlarına Nəzarət Palatasının hesablamalarında, eləcə də rəsmi Fimsa.az saytında vətəndaşlara hesablanan kompensasiya, güzəşt məbləği və qalıq borca aid hər şey açıq-aydın göstərilsə də, bankın müştəriləri bildirirlər ki, "Unibank”da onlara başqa rəqəmlər təqdim olunur, faizlər hesablanır və sair. Nəticədə, vətəndaşlar iddia edirlər ki, sərəncamın tələbindən irəli gələn məbləği yox, bankın özbaşına təyin etdiyi məbləği ala bilirlər, bəzi hallarda isə əksinə, hələ borclu da qalırlar. dia-az.life xəbər verir ki, "AzPolitika.info”ya müraciət edən "Unibank”ın müştərisi Yusifov Rasim Firudin oğlu bildirir ki, Prezidentin sərəncamından sonra ona 1181 manat kompensasiya hesablandığı halda, "Unibank” ona həmin məbləği ödəmək əvəzinə 913 manat borc "hesablayıb”. Ancaq R.Yusifovun redaksiyamıza göndərdiyi Fimsa.az saytındakı çıxarışdan (yazının altında şəkilləri verilib-red.) belə görünür ki, bu şəxsin borcu barədə heç bir qeyd yoxdur və "vətəndaşa çatan hissə” qrafasında 1183 manat göstərilib: "Cənab Prezidentin problemli kreditlərlə bagli sərəncamından sonra mənə 1181 manat kompensasiya hesablanmışdı. Mən cox qözlədim ki, mənə mesaj gələcək, amma bu baş vermədi. Nəhayət, özum müraciət etdim və şok yaşadim. Mənə bildirildi ki, mənim "Unibank”a 913 manat borcum var. Fimsa.az saytindakı məlumatdan açıq görünür ki, vətandaşa catan hissə 1181 manatdır. Borca və restrukturizasiyaya yönəldilən hissə isə 0-dır... "Unibank” nəinki faiz silir, hələ özundən mifik faizlər fikirləsir”. Qeyd edək ki, redaksiyamıza digər buna oxşar şikayətlər də daxil olmaqdadır və onlar əsasən "Unibank”la bağlıdır. Bunu R.Yusifov da öz şikayətində qeyd edir: "Belə vəziyyətlə üzləşən təkcə mən deyilem və bu hala ancaq "Unibank”ASC-də rast gəlinir.” Mətbuatda "Unibank”ın kompensasiyaların ödənilməsi prosesində özbaşınalıqlara yol verməsi, vətəndaşlara mücərrəd faizlər hesablanması barədə şikayətlər az deyil və belə şikayətçilər arasında hətta jurnalistlərə də rast gəlmək olar. Onu da qeyd edək ki, sözügedən bankı öz maliyyə göstəricilərinə görə də nümunəvi, yaxud öncül banklardan biri saymaq çətindir. Təkcə onu xatırlatmaq kifayətdir ki, "Unibank” kifayət qədər riskli banklardan biri sayılır. Belə ki, bankların dayanıqlığını əks etdirən ən əsas göstərici – kapitalın adekvatlığı əmsalına görə, "Unibank” ölkədəki 30 bank sırasında son yerləri tutan 4 bankdan biridir. Bankın kapital adekvatlığı əmsalı Mərkəzi Bankın tətbiq etdiyi ən minimum göstəriciyə güclə çatır və ötən ilin yekunlarına görə, cəmi 10.9 faiz təşkil edir. Xatırladaq ki, "Unibank”ın əsas səhmdarlarından biri və Müşahidə Şurasının sədri Eldar Qəribovdur. Mətbuatda onun hətta ötən ilin əvvəllərində Malta vətəndaşlığı aldığına dair təkzib edilməyən məlumatlar dərc edilib. Qeyd edək ki, vətəndaşların şikayətlərilə bağlı "Unibank”ın mərkəzi ofisi ilə əlaqə saxlasaq da, operator sulllarımızı cavablandıracaq bir şəxs tapıb bizi əlaqələndirə bilmədi. Bununla belə bankın mövqeyini də dinləməyə hazırıq. Geri qayıt |