Əsas Səhifə > Güney Press, Reklam > Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəs

Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəs


6-06-2019, 17:57
Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəs
DİA.AZ: - Hər zaman sosial layihələri dəstəkləyən bir şirkət olaraq tanınan Azercell, Ramazan ayında da bu istiqamətdə fəaliyyətini davam etdirib.

DİA.AZ xəbər verir ki, Azercell və Xəzər TV-nin birgə təşəbbüsü ilə Azercell-in səyyar “Mobil Göz” və “Mobil Diş” klinikaları may ayı ərzində Tərtər, Ağdam və Tovuz şəhərlərinə səfər ediblər. Aksiya çərçivəsində təşkil olunan təmənnasız müayinələrdən ümumilikdə 3000-ə yaxın insan faydalanıb.

Qeyd edək ki, səfərlərdə iştirak edən həkimlər 5 iyun 2019-cu il tarixində Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin canlı efirində Xəzər TV və Azercell rəhbərliyi adından layihədə göstərdikləri dəstəyə görə xüsusi diplomlarla təltif edilib, həmçinin Azercell şirkəti tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Vurğulamaq istərdik ki, Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikalarının mütəmadi olaraq təşkil etdiyi təmənnasız müayinə və müalicə tədbirlərindən valideyn himayəsindən məhrum uşaqlar, yaşlılar, aztəminatlı ailələr və məcburi köçkünlər yararlanır. Ən son tibbi avadanlıqla təchiz olunan bu mobil klinikalar fəaliyyətləri boyunca on minlərlə insana yardım etməyə müvəffəq olublar.

Geri qayıt