Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Gədəbəy icra hakimiyyəti narazı vətəndaşın sözlərinə qarşı fakt qoydu
Gədəbəy icra hakimiyyəti narazı vətəndaşın sözlərinə qarşı fakt qoydu12-06-2019, 11:13 |
DİA.AZ: - Az əvvəl Gədəbəy şəhəri, Nizami küçəsi — 19 ünvanda yaşayan vətəndaş Orucova Maya Musa qızının şikayətini təqdim etmişdik. DİA.AZ bildirir ki, 3 əlil anasının şikayətinə sözügedən rayonun İcra hakimiyyətindən reaksiya verilib. Bizimlə əlaqə saxlayan Gədəbəy RİH-in əməkdaşı bildirdi ki, şikayətçinin iddiaları heç də həqiqəti əks etdirmir. Yəni onun obyekti sökülməyib, əksinə,yerli RİH-in daxili imkanları hesabına təmir etdirilib. Qeyd edək ki, RİH-dən sübut olaraq DİA.AZ-a foto da təqdim olunub: Geri qayıt |