Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Bu, misli görünməmiş bir qanunsuzluqdur...”
“Bu, misli görünməmiş bir qanunsuzluqdur...”25-06-2019, 15:36 |
Göyçay şəhəri Ə.Qarayev küçəsi, ev 48 sakini Quliyev Elşən İnqilab oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Məhkəmə Ekspertiza Mərkəzinin rəhbərliyindən narazılıq edir: “Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayev və ekspert Xəyyam İsgəndərov əlbir olub, korrupsiya əməlləri ilə məşğul olaraq saxta ekspert rəyləri verirlər ki, nəticədə də mənim kimi çoxlu sayda insanlara ziyan dəyir. Belə ki, mən istilik sisteminin quraşdırlması üzrə ustayam. Mənə qarşı qaldırılmış iddia ərizəsi üzrə keçirilən məhkəmə ekspertizası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərova tapşırılmışdı. Xəyyam İsgəndərov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, qanunsuz ekspert rəyi vermişdir. Aparılan həmin ekspertiza zamanı Xəyyam İsgəndərov 12 iyul 2017-ci il tarixdə su kanalizasiya xəttlərini və döşəmə altı istilik sistemini yoxlamadan, sınaqdan keçirmədən, test etmədən ekspert rəyi vermişdi. Ekspert mənim hansı səhvlərə yol verməyim haqda normativləri hansı ədəbiyyatdan götürməsini bildirməmişdi. Ekspert Xəyyam İsgəndərov ekspertiza zamanı apardığı hesablamalarda ciddi riyazi səhvlərə yol verib, dəymiş ziyanın məbləğini şişirtmişdi. Hansı ki, iddiaçı mənim ona vurduğum ziyanın məbləğini iddia ərizəsində 1100 manat qeyd etdiyi halda ekspert Xəyyam İsgəndərov bunun 4130 manat olmasını rəyində qeyd etmişdi. Bəlkə də bu misli görünməmiş bir qanunsuzluqdur ki, ekspert Xəyyam İsgəndərov yol vermişdir. Moskva İstilik sistemləri ensklopediyasında təsdiq edilmiş normativlərə tam uyğun olaraq iddiaçının evində istilik sistemi quraşdırmışam. Xəyyam İsgəndərovun saxta ekspert rəyi əsasında Göyçay rayon məhkəməsinin hakimi Zəfər Quliyev məndən 4130 manat pulun alınaraq iddiaçıya verilməsinə dair 09.10.2017-ci il tarixdə qətnamə çıxarmışdı. Mən Xəyyam İsgəndərovun qanunsuz əməlləri barədə Məhkəmə Ekspertiza Məhrkəzinə şikayət ərizələri ilə müraciətlər etmişəm. Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini Hamlet Musayevin 05 may 2019-cu il tarixdə mənə göndərdiyi cavab məktubu tam subut etdi ki, o, açıq-aşkar ekspert Xəyyam İsgəndərovu müdafiə edir və onun barəsində qəsdən heç bir tədbir görməyib, onu məsliyyətdən kənarda saxlayıb. Həmin cavab məktubu Xəyyam İsgəndərovun qanunsuz əmlini, Hamlet Musayevin onu müdafiə etməsini və əvvəlki məktubunda isə yalan qeyd etməsini təsdiq etdi. Xəyyam İsgəndərovun cəzasızlıqdan istifadə edərək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta ekspert rəyləri verib, dövlət qanunlarını gözdən, hörmətdən salır. Məhz belə adamların cinayət əməlləri nəticəsində kütləvi narazılıqlar yaranır. Belə çıxır ki, Xəyyam İsgəndərov istədiyi qanunsuz rəyi verə bilər və məhkəmələr də bu saxta rəyə əsasən qanunsuz qətnamələr çıxaracaqlar? Nəyə görə dövlət bunlara nəzarət etmir? Bəzi məhkəmə hakimləri istədikləri qərarı çıaxrırlar. Bunu da ona arxayın olub qeyd edirlər ki, məhkəmələr müstəqildir, onların işinə müdaxilə edilə bilməz. Vətəndaşa da qısaca onu izah edirlər ki, məhkəmə qətnamələrindən narazı qalan tərəf apellyasiya və ya kassasiya şikayəti verə bilər. Bu çürümüş bir tendensiyadır ki, nəticədə kütləvi qanunsuzluqlar baş alıb-gedir, məhkəmə sisteminə inam qalmır. Azərbaycan Respublikasında nəinki birinci, həmçinin ikinci və üçüncü instansiya məhkəmələrində istənilən qərarın çıxarılmasına müəyyən vasitələrlə nail olmaq olur. Mən də belə ədalətsizliklərlə üzləşdim, mənə qarşı ədalətsiz qətnamə çıxarıldı. Hansı ki, mənim iddia tələbim tam əsaslı və qanunu idi. Ancaq Göyçay rayon məhkəməsinin hakimi İbrahim Fəttayevlə, Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərov qarşı tərəfin dostu olduğu üçün saxta ekspert rəyi əsasında heç bir araşdırma aparılmadan iddiamın təmin edilməməsinə dair qətnamə çıxardı. Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayev 05 may 2019-cu il tarixli cavab məktubunda özü təsdiq etdi ki, ekspert Xəyyam İsgəndərov qanun pozuntusuna yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməyə layiq olması müəyyən edilmişdir. Lakin məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbindən qeyd olunan pozuntu onun diqqətinə çatdırılmışdır. Bu barədə Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayev mənə göndərdiyi 20.05.2019-cu il tarixli № 14 saylı cavab məktubunda qeyd edib. Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayevin 20.05.2019-cu il tarixli cavab məktubunu absurd, yalan, saxtakarlıq və qanunsuzluqdur. Çünki mən ekspert Xəyyam İsgəndərovun qanunsuzluğu barədə həmin pozuntu baş verən vaxtdan şikayət ərizələri ilə Məhkəmə Ekspertizası Mərkəzinə müraciətlər etmişəm. Bunu təsdiq edən subut Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayevin 07.11.2017-ci il tarixli № 1423 nömrəli mənə göndərdiyi cavab məktubunda qeyd edilib ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Ədliyyə Nazirliyinə və Məhkəmə Ekspertizsı Mərkəzinə daxil olmuş ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı müraciətlərinizə baxılmışdır.Müəyyən edilmişdir ki, Göyçay rayon məhkəməsinin 15.05.2017-ci il tarixli 2(046)-1491/2017 saylı qərardadı ilə təyin olunmuş tikinti-texniki ekspertizası tədqiqat obyektlərinə yerində baxış keçirməklə əldə edilən faktiki məlumatlar əsasında aparılmışdır.İzah edirik ki, mülki-prossesual qanunvericiliyin tələblərinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər subutlarla yanaşı qiymətləndirilir.Eyni zamanda ekspert rəyi kifayət qədər aydın və tam olmadıqda, habelə əsassızlığına görə məhkəmə ekspertin rəyi ilə razılaşmadıqda təkrar və əlavə ekspertiza təyin edə bilər”. Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayevin 20.05.2019-cu il tarixli cavab məktubu ilə 07.11.2017-ci il tarixli cavab məktubu tam subut etdi ki, o, ekspert Xəyyam İsgəndərovu açıq-aşkar müdafiə edib onun qanunsuz əməllərinin üstünü ört-basdır edib. Bu isə korrupsiya cinayətidir ki, Hamlet Musayev törətmişdir. Diqqət edin vaxtında Məhkəmə Ekspertizası Mərkəzinə etdiyim şikayətə baxıb, heç bir tədbir görməyib, mənə 07.11.2017-ci il tarixdə başdan sovdu cavab məktubu göndərir və bundan sonra 20.05.2019-cu il tarixdə cavab məktubu göndərib qeyd edir ki, ekspert Xəyyam İsgəndərov qanun pozuntusuna yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməyə layiq olması müəyyən edilmişdir. Lakin məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbindən qeyd olunan pozuntu onun diqqətinə çatdırılmışdır. Bu fakt tam subut edir ki, ekspertlərin etdikləri qanunsuzluqlara Məhkəmə Ekspertizası Mərkəzi nəzarət etmir, onların verdikləri ekspert rəylərinin obyektivliyi yoxlanılmır. Buna görə isə insanlar əziyyət çəkirlər, bezikirlər. Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayev korrupsiyaya qurşanmış əməkdaşı Xəyyam İsgəndərovu açıq-aşkar müdafiə və himayə edir. Bir daha qeyd edirəm ki, ekspert Xəyyam İsgəndərovun intizam məsuliyyətinə cəlb edilməsi müddətinin ötməsinin qeyd edilməsi tam yalandır, məqsəd onu müdafiə etməkdir, onun qanunsuz əməlinin üstünü ört-basdır etməkdir. Bununla da Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz əməkdaşını müdafiə etmək məqsədi ilə 20 may 2019-cu il tarixdə mənə göndərdiyi cavab məktubunda yalan qeyd etməklə, nəinki məni həmçinin prezident cənab İlham Əliyevi və Ədliyyə Naziri cənab Fikrət Məmmədovun aldadıb, dövlət qanunlarına hörmətsizlik edib. Bunun isə adı cinayətdir. Bu fakt subut edir ki, Hamlet Musayev və Xəyyam İsgəndərov korrupsiyaya qurşanıb, dövlət qanunlarını açıq-aşkar ayaqları altına atıb, cinayət əməlləri ilə məşğul olurlar. Buna görə də onların bu cinayət əməlləri tam, hərtərəfli və obyektiv araşdırılmalı, barələrində ciddi tədbirlər görülməlidir. Korrupsiyaya qurşanmış bu vəzifəli şəxslər barədə tədbir görülməsə, onlar cəzasızlıqdan dahada azğınlaşıb ağır cinayətlər törədə bilərlər. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən və Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan çox-çox xahiş edirəm bu şikayət ərizəmi tam, hərtərəfli və obyektiv araşdşrıb korruspiayaya qurşanmış Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayevin və ekspert Xəyyam İsgəndərovun barəsində qanunu tədbirlər görəsiniz. Hurriyyet.org Geri qayıt |