Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İmişlidə müharibə veteranının başına oyun açıblar...
İmişlidə müharibə veteranının başına oyun açıblar...1-07-2019, 11:44 |
Ötən həftə Conflict.az-a İmişli rayon sakin Əfqanıstan müharibəsi veteranı Cəfərov Rəvahim Nizam oğlunun ölkə Prezidentinə müraciəti daxil olub. Müharibə veteranı müraciətində deyir: - Mən Əfqanıstan müharibəsi veteranıyam. Müharibə vaxtı ağır kontuziya almışam. Bundan başqa ağır dərəcəli şəkər xəstəsiyəm. İllərdir ki, bu xəstəlikdən əziyyət çəkirəm. Həyat yoldaşım da eyni xəstəliyin daşıyıcısıdır. Hər ikimiz İmişli rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdayıq. Bir neçə gün öncə qanda şəkərin miqdarını ölçmək üçün lazım olan tester adlı peraparatı almaq üçün MRX-yə getdim. Xəstəxana aptekinin Hüseyn adlı müdiri hər hansı bir səbəbə olmadığı halda mənim qanuni tələbimə kobudluqla cavab verdi. Mən onun bu hərəkətlərinin səbəbini soruşanda, Hüseyn mənə bildirdi ki, biz sənə tester verməyəcəyik. Çünki səni veteran hesab etmirik. Düzü mən Hüseynin bu sözlərindən xeyli təəccübləndim. Hüseyn əlavə olaraq bildirdi ki, məni Əfqanıstanda döyüşə Azərbaycan höküməti deyil, SSRİ göndərib. Ona görə də mənə dərmanları da SSRİ-nin varisi olan Rusiya hökuməti verməlidir. Hüseyn adlı aptek müdirinin son sözü isə məni şoka saldı. “Sən nə qəhramanlıq etmisən ki? Əksinə Əfqanıstanda gedib müsəlmanlara güllə atmısan, indi özünü qəhrəman hesab edirsən?” Cənab prezident! Mən Sizin Böyük Vətən, Əfqanıstan, o cümlədən Qarabağ müharibəsi veteranlarına göstərdiyiniz qayğını daim təqdir etmişəm. Lakin göründüyü kimi İmişlidə bizə qarşı münasibət olduqca pisdir. Addımbaşı səbəbsiz təhqir olunuruq. Etiraz edəndə isə fiziki zora məruz qalırıq. Mən üzləşdiyim haqsızlıqla əlaqədar İmişli MRX-nın Baş həkimi Eynulla Qasımovla görüşmək istədim. Lakin hətta işçisinin təhqiramiz hərəkətindən və zor tətbiqindən sonra da baş həkim məni qəbul etmədi. Xatırladım ki, rayon apteklərində testerlərin bir qutusu 30 azn-ə bu işbazlar tərəfindən satdırılır. Mən cəmi 80 manat təqaüd alıram. Bu məbləğlə ailəmi saxlayım, ya tester alım? Sağlamlığım, ailə vəziyyətim olduqca acınacaqlıdır. Artıq dözə bilmirəm. Mənə və ailəmə qarşı İmişlidə yaradılan mühit isə məni hər an intihara sürükləyir. Çox qəribədir İmişli MRX-nın aptek müdiri Hüseyn görəsən kimin təsiri altındadır. Nədən o Əfqanıstan müharibəsi döyüşçülərini müsəlmanlara güllə atmaqda ittiham edir? Düzdür İmişli rayonu qonşu İran islam Respublikası ilə həmsərhəd bölgələrdəndir. İran İslam Respublikasının bəzi qurumları zaman-zaman öz bədniyyət əməllərini müxtəlif şəxslər vasitəsilə həyata keçirməyə cəhd edirlər. Yalançı müsəlman müdafiəçilyi və s. formada. Mən kimisə ittiham etmirəm. Lakin Hüseyn adlı aptek müdirinin dediyi sözlər olduqca düşündürücüdür. Cənab Prezident! Mən ailləmlə birlikdə ölkə vətəndaşlığından imtina edirəm. Rusiyada məskunlaşmağı düşünürəm. Bu yolu mənə İmişli rayon Mərkəzi Xəstəxanasında məsləhət gördülər. Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqelərini dərc etməyə hazırdır. Geri qayıt |