Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Hyundai” azərbaycanlı müştərilərini necə aldadır?
“Hyundai” azərbaycanlı müştərilərini necə aldadır?3-07-2019, 12:20 |
“Hyundai” tərifini göyə qaldıraraq, reklam etdiyi avtomoboil modellərini satışa çıxarmaqdan yayınır. Yenicag.az xəbər verir ki, “Hyundai”ın yerli nümayəndəliyinin saytında güzəştli şərtlərlə müştərilərə təqdim olunan maşınların heç biri “Hyundai”ın satış mərkəzlərində tapılmır. Qarşılığında isə potensial alıcılar şirkətin daha bahalı modellərini əldə etmək məcburiyyətində qalırlar. Yəni “Hyundai”ın yerli nümayəndəliyi elektron satış bazasına daxil etdiyi avtomobilləri müştərilər üçün əlçatmaz xəyala çevirib. Bundan başqa, “Hyundai”ın Azərbaycan nümayəndəliyi güzəştli yay satış kampaniyasında da müştərilərin cibinə girməkdən çəkinmir. Məsələn, kampaniya çərçivəsində alıcılara 42 min 300 manata təklif olunan model reallıqda 45 min 100 manata satılır. Bunun isə alıcıları aldatmaqdan başqa adı yoxdur. Maraqlıdır ki, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti funksiyasının əksinə olaraq, “Hyundai”ın müştərilərlə belə yolverilməz davranışına qarşı qanunun tələbləri əsasında qəti tədbirlər görməyə tələsmir. Geri qayıt |