Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Rövşən Məmmədovun gətirdiyi kadr köhnə işçi ilə davaya çıxdı
Rövşən Məmmədovun gətirdiyi kadr köhnə işçi ilə davaya çıxdı5-07-2019, 16:02 |
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədovun Maliyyə və İqtisadiyyat Departamentinin işçisi Zöhrə Zahidovanı və onun Mədəniyyət kanalının işçisi olmuş qızını işdən çıxarması qalmaqala səbəb olub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rövşən Məmmədov Zöhrə Zahidovanın yerinə Günay Əsgərzadəni təyin edib. Bu təyinatdan sonra keçirilən iclasda Zöhrə Zahidova ilə Günay Əsgərzadə arasında qalmaqal yaşanıb. Mübahisə o həddə çatıb ki, tərəflər bir-birinin ünvanına ağır ittihamlar səsləndiriblər. Geri qayıt |