Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Nəsimi rayonunda ÖZBAŞINALIQ

Nəsimi rayonunda ÖZBAŞINALIQ


29-07-2019, 12:48
Nəsimi rayonunda ÖZBAŞINALIQ
Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ("Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binasının yaxınlığında yerləşən parkın ərazisində səkini çayxanaya çeviriblər.
DİA.AZ xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər etiraz ediblər.

Sakinlər deyir ki, müvafiq dövlət qurumlarının vəzifəli şəxsləri vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş parkda qanunsuz biznes obyektləri açıblar. Bunun nəticəsində isə insanların səkidən istifadəsi əngəllənib.

Nəsimi rayonunda ÖZBAŞINALIQ

"Yaşıllığı qorumurlar, qoruyanda da amansızcasına istifadə edirlər. Səkini çayxanaya çeviriblər, bizneslə məşğuldurlar, insanların səkidən istifadəsi əngəllənib. Günortadan sonra oradan keçmək mümkün olmur. Biz sakinlərin narazılığına məhəl qoyan yoxdur. Bu işdən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun xəbərinin olmaması mümkün deyil. Yəqin ki, həmin biznes obyektləri icra başçısının razılığı ilə açılıb".
Ərazidən çəkilmiş fotonu təqdim edirik (Ekofakt).

Geri qayıt