Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şahin Məmmədov daha təhlükəli bölgəyə - BİLƏSUVARA GÖNDƏRİLİR

Şahin Məmmədov daha təhlükəli bölgəyə - BİLƏSUVARA GÖNDƏRİLİR


29-07-2019, 15:13
Şahin Məmmədov daha təhlükəli bölgəyə - BİLƏSUVARA GÖNDƏRİLİR
DİA.AZ: - Ağcabədi RİH başçısı Şahin Məmmədovla ilgili DİA.AZ-a maraqlı informasiya daxil olub. Elektron poçtumuza göndərilən xəbəri olduğu kimi təqdim edirk:

"Şahin Məmmədov əslində, keçmiş komsomolçu heyətdən olsa da, vəzifə başında olan tək-tük milli kadrlardan biridir. İndi isə onun dəyişdirilməsi vaxtı yetişib. Qərar var. Yaxın günlərdə rəsmən elan olunacaq. Amma onun hansısa yeni təyinatla mükafatlandırılacağı istisna deyil.

Ola bilsin ki, Biləsuvara göndərilsin. Zatən hazırda Biləsuvara rəhbərlikedən Mahir Quliyevin adı neqativ istiqamətdə hallanır. İş o həddədir ki, Mahir Quliyev hətta rayon ərazisində qərarlaşan təhlükəli qüvvələrin himayədarı rolunda belə çıxış edir (Bu barədə daha geniş materialımız olacaq - red.). Odur ki, belə birisinin daha milli kadr hesab olunan Şahin Məmmədovla əvəzlənməsi həm arzuolunandır, həm də gözlənilən".

Mənbənin dia-az.life-a yolladığ\ı məlumatda iddia olunur ki, Mahir Quliyevlə bağlı cəza tədbiri də görülə bilər: "Bu iş o qədər də sadə deyil. Mahir Quliyev arxasında dövlətin müvafiq qurumlarına rəhbərlik edən şəxsləri alaraq dövlətə qarşı çıxırmış kimi görünür. Bu isə, o qədər də sadə məsələ deyil..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Geri qayıt