Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in Rəqəmsal Dünyası Azərbaycanın şimal bölgəsində
Azercell-in Rəqəmsal Dünyası Azərbaycanın şimal bölgəsində7-08-2019, 18:03 |
DİA.AZ: - Hər zaman maraqlı təşəbbüsləri və layihələri ilə fərqlənən Azərbaycanın ilk 4G xidməti təminatçısı “Azercell Telekom” MMC-nin respublikamızın şimal bölgəsinə təşkil olunan səfəri uğurla baş tutub. “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsi çərçivəsində Quba, Xaçmaz və Qusarda 20 minə yaxın insanı bir araya toplayan ölkənin telekommunikasiya sahəsinin lideri Azercell həm əyləncəli, maarifləndirici, həm də sosial tədbirləri bir səfərdə cəmləyib. Şirkət tərəfindən bölgə sakinlərinə yenilənmiş rəqəmsal məhsullar, mobil cihazların texniki imkanları vasitəsilə xidmətlərin əlçatanlığı nümayiş olunub. Tədbir iştirakçıları virtual reallıq oyunlarında öz güclərini sınayıb, intellektual və əyləncəli oyunlara, müsabiqələrə qatılıb, hədiyyələr qazanıb. DİA.AZ xəbər verir ki, eyni zamanda, bölgələrə təşkil olunan səfərlərə Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları da qoşulub. 3 avqust tarixində Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində Azercell-in mobil klinikaları 30-a yaxın uşağı müayinə edib. Azercell internat məktəbinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib. Daha sonra klinikalar Qubanın mərkəzində aztəminatlı ailələri və ahılları da müayinədən keçirib. Məlumat üçün bildirək ki, yarandığı andan Azercell-in “Mobil Göz Klinikası”nın xidmətlərindən 6500-dən çox, “Mobil Diş Klinikası”nın xidmətlərindən isə 4000-dən çox şəxs yararlanıb. Fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan Azercell-in ölkənin texnologiyalar aləminə inteqrasiyasını sürətləndirmək üçün ölkəboyu 4G şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsinə son yarım ildə yatırdığı sərmayənin məbləği 63 milyon manata çatıb. Ümumilikdə, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 57 bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir. Təkcə Quba, Qusar və Xaçmaz bölgəsində 70-ə yaxın LTE stansiyası əhalini yüksək-sürətli internetlə təmin etməkdədir. Son yarımildə şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Məlumat üçün bildirək ki, müasir dövrdə istifadəçilərin artan tələblərini qarşılamaq və yeni bağlantı erasına ölkəni hazır etmək şirkətin prioritet sahələrindəndir. Avqust ayında Azercell-in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin! Geri qayıt |