Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Adil Vəliyevin daha bir gəlir ünvan...

Adil Vəliyevin daha bir gəlir ünvan...


4-10-2019, 13:06
Adil Vəliyevin daha bir gəlir ünvan...
DİA.AZ: - "Bu gün çirkab içində olan sahələrdən biri də Mənzil-Komunal Təsərrüfat birlikləridir. Burada "ölü canlar"ın adına əmək haqqı yazılaraq mınimsənilir. Buna kifayət qədər faktlar göstərmək olar. Ən bərbad durum isə Sabunçu rayonundadır." Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

Müraciət müəllifi iddia edir ki, birbaşa olaraq icra başçısı Adil Vəliyevin nəzarəti altında olan bu sahədən böyük məbləğdə büdcə vəsaiti mənimsənilir:

"Sabunçu rayon Mənzil-Komunal Təsərrüfat Birliyində bu quruma aid MİKS-də yetərincə "ölü canlar" var ki, onlara ayrılan pullar başçı və əlaltıları tərəfindən mənimsənilir. Əgər müvafiq qurumlar bunu araşdırsa, ortaya ciddi faktlar çıxara bilərlər".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt