Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Sevimli Dad”ın məhsulu təhlükəlidir

“Sevimli Dad”ın məhsulu təhlükəlidir


9-10-2019, 15:45
“Sevimli Dad”ın məhsulu təhlükəlidir
Gəncə Şəhər sakini İlham Həsənov “Sevimli Dad” süd məhsulunun yarasız hala düşməsi barədə redaksiyamıza məlumat verib. Dediyinə görə, İlham Həsənovun ailə üzvü 01.10.2019 cu il tarixdə Gəncə Şəhər Şah İsmayıl Xətai prospektində yerləşən “Gold Əminə Market” deyilən yerdən “Sevimli Dad”a məxsus inək südü alıb. Lakin süd məhsulunu evə aparıb körpə uşağa yemək hazırlamaq istəyərkən, xoşagəlməz halla rastlaşıblar.

Şikayətçi bildirir ki, “Sevimli Dad” süd məhsulu acı dad verib. Bununla bağlı “Gold Əminə Market”in rəhbərliyi və “Semli Dad” süd məhsulunun satışını aparan şirkətin Gəncə Şəhər nümayəndəsi Emin adlı şəxs məlumatlandırılıb.

“Sevimli Dad”ın məhsulu təhlükəlidir

Gəncə Şəhər sakini İlham Həsənovun verdiyi məlumata görə, rəsmi olaraq Gəncə Şəhər Qida Məhsulları, Qida Təhlükəsizliyi agentliyinə də müraciət edib, hələlik araşdırma aparılır.

Bildirilir ki, “Sevimli Dad” süd məhsullarının satışını rəhbərinin adı Bakıxan olan “ŞANFU” şirkəti həyata keçirir.

“Sevimli Dad” süd məhsulu qabının üzərində yazılan tarixdən aydın görünür ki, istehsal tarixi 14.08.2019 cu ildir və 14.12.2019 cu il tarixə kimi müddəti vardır. Bu tarixlərdə istehsal olunan “Sevimli Dad” süd məhsulu satışını həyata keçirən “Gold Əminə Market”də satılan məhsulların hər birinin yararsız olduğu deyilir.

Hələlik bu barədə Gəncə Şəhər Qida Məhsulları, Qida Təhlükəsizliyi agentliyində araşdırma aparılır. Bu barədə məlumata verəcəyik.

Hurriyyet.org

Geri qayıt