Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Camaat aylarla sürünür növbədə..."

"Camaat aylarla sürünür növbədə..."


15-10-2019, 12:01
"Camaat aylarla sürünür növbədə..."
"Bacım bir xeyli müddətdir ki, yeriyəndə ayağında ağrı hiss etdiyini, tez yorulduğunu və yerişini itirdiyini deyirdi. Bununla bağlı Sumqayıtda yerləşən travmatologiya xəstəxanasında Doktor Xudiyevin qəbulunda olduq. Müayinələr, rentgemlər etdi və bildirdi ki, anadan gəlmə və ya sonradan gizli keçirlimiş hansısa xəstəlik üzündən sümüklərin inkişafında problemlər yaranıb. Diz oynaqları, və ombanın çanaqla birləşən hissələri düzgün inkişaf etməyib, bu da ayaqlarda uzun qısalıq yaradıb. Bu da öz növbəsində onurğanın nisbətən qısa olan ayağa tərəf əyilməyinə səbəb olur. Artıq onurğada ikinci dərəcəli əyrikik var".
Vətəninfo.az-a bunu xəstə Mehriban Məmmədovanın bacısı Sevinc Məmmədova bildirib.
Onun sözlərinə görə,həkim bildirib ki, bacısı əməliyyat olunmalıdır. və bacısını göndərişlə Bakıda Travmatologiya İnistutuna gətiriblər."Bud sümüyü sındırılacaq, ayağa dəmirlər qoyulacaq, bu həm qısa ayaq sümüyünün uzadılaraq digər ayağa çatdırılması, həm də oynaqların birləşməsindəki problemi aradan qaldıracaq. 6 ay müddətində o dəmir aparat ayağlnda qalmalıdır. Biz də özümüzdə bunu qarşılamağa maddi imkan olmadığı üçün Heydər Əliyev Fonduna müraciət elədik. 15 gündən sonra cavab gəldi. Sumqayıt səhiyə şöbəsi bizi trovmotologiya instituna yönləndirdi. Orda bu işi Rauf Əliyev görməli idi. Əvcəlcə müatinə etdi sonra göndərişlə gəldiyimizi biləndə səsin atdı başına ki,mən gömdərişkə bu əməliyyatı etməyəcəm. Pulunu verirsənizsə edərəm. Gah dedi dövlət bizə ayağa qoyulmaq üçün olan dəmir aparatı vermir, gah dediki növbədə adam çoxdu, camaat aylarla sürünür növbədə. Nuh dedi peyğəmbər demədi. Pulunu verməsəz əməliyyat etməyəcəm dedi"
Sevinc Məmmədova qeyd edir ki,məsələ ilə bağlı səhiyə naziliyinin qaynar xəttinə də zəng vurub: "Başqa nə edəcəyimi bilmirəm.
Təkrar ərizə yazacağımızı dedik, o da gedin hara kimə yazırsız yazın dedi. Mən bu əməliyyatı etməyəcəm pulsuz. Əgər ayağın səni narahat edirsə hündür ayaqqabı geyin, ya da içinə ortopedik içlik qoy dedi. Əsəbləşib qapını çırpıb çıxdıq".

Geri qayıt