Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ...
Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ...16-10-2019, 15:00 |
DİA.AZ: - Məlum olduğu kimi, əhalinin siyahıya alınması ilə bağlı qalmaqal cəmiyyətdə böyük rezonansa səbəb olub. Bəlkə də ilk dəfədir ki, bu prosesi həyata keçirməli olan dövlət komitəsi belə bir biabırçılığa imza atır və bu da haqlı olaraq YEYİNTİ olması barədə şübhələrə rəvac verir. DİA.AZ bildirir ki, bu arada Dövlət Statistika Komitəsi maraqlı bir açıqlama ilə ictimaiyyətə müraciət ünvanlayıb. Belə ki, qurum oktyabrın 1-dən 10-a qədər Azərbaycanda həyata keçirilən əhalinin siyahıyaalınması ilə bağlı əhaliyə müraciət edib. Xəbərdə deyilir ki, komitə siyahıyaalınmadan kənarda qalmış əhalini qaynar xəttə müraciət etməyə çağırıb: “Komitə siyahıyaalmadan kənarda qalmış şəxslərə bir daha müraciət edərək cari ilin oktyabr ayının 1-dən etibarən fəaliyyət göstərən “Qaynar xətt mərkəzi”nə (012) 510-07-89, 539-54-44, 539-80-44 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir”. Burada ancaq gülmək və baş verənlərin dövlət bücəmizə xəyanət olduğunu dərk edərək isə həm də ağlamaq yerinə düşür. İndi vətəndaşlar nədən kimlərinsə öz vəzifə borclarını yerinə yetirməmələrinin, büdcədən ayrılan vəsaiti təyinatı üzrə xərcləməmələrinin bədəlini ödəmək zorundadırlar? Kim həmin qaynar xətt-ə zəng edəcək? Hər halda görünəni budur ki, Dövlət Statistika Komitəsinin üzürü günahından daha betərdir... P.S. Əvvəllər İti öldürənə sürütdədərdilər... İndi isə... Geri qayıt |