Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "İki-üç nəfər əlində dəftər pul yığa-yığa gəlib deyirlər ki, kimdən icazə almısan?.."
"İki-üç nəfər əlində dəftər pul yığa-yığa gəlib deyirlər ki, kimdən icazə almısan?.."6-11-2019, 15:58 |
DİA.AZ: - Göyçay şəhərində noyabr ayının 9-u və 10-u Nar bayramı keçiriləcək. Gözətçinin məlumatına görə bayram münasibəti ilə 200 dən çox nar və digər meyvə satan satıcılar Göyçaya üz tutaraq məhsullarını satmağa çalışırlar. Lakin onlar burada maneələrlə üzləşdiklərini bildirirlər. Satıcıların sözlərinə görə məhsullarını satmaq üçün onlardan 150-200 manat məbləğində vəsait tələb olunub. Bu satıcılardan biri də Göyçay sakini Elnur Rəhimlidir. DİA.AZ-n məlumatına görə, Elnur Rəhimli Gözətçiyə açıqlamasında bildirir ki, Göyçay Rayon İcra Hakimiyyəti adından onlardan qanunsuz olaraq pul tələb edilir. Təxminən 200 nəfərə yaxın ərzaq, oyuncaqlar, və digər məhsulları satan satıcılardan isə 50 manat məbləğində pul ödənilməsi tələb olunub. Elnur Rəhimlinin sözlərinə görə bu məbləği ödəməyən satıcılara polis tərəfindən maneə yaradılaraq məhsullarının satışına icazə verilmir: “Mən hər il bu bayramda mal satıram iki-üç nəfər əlində dəftər pul yığa-yığa gəlib deyirlər ki, kimdən icazə almısan? Deyirəm kimdən icazə almalıyam ki, ayaq üstə dayandığım bu torpaqda mənim də haqqım var yaşamağa, istədiyim yerdə alver edə bilərəm.” Elnur Rəhimli bildirir ki, onlardan bu pulun kim tərəfindən yığıldığını soruşanda ona bildiriblər ki, bu, Göyçay Şəhər Sovetinin tapşırığıdır. Geri qayıt |