Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı

Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı


11-11-2019, 11:01
Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin ötən il Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvətlə həbs edilən Həbib adlı işçisi azadlığa çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Adil Vəliyev şəxsi münasibətlərindən istifadə edərək məhkəmənin qərarı ilə Həbibi azadlığa çıxarda bilib.
Onu da bildirək ki, Həbib həbs olunandan sonra, hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları yoxlama zamanı onun icra hakimiyyətindəki otağında olan seyfdən 280 min manat vəsait maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Həbib daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli və rayon ərazisində tikintiyə nəzarət edən şəxs kimi tanınıb.

Geri qayıt