Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qarabağ əlilinə qarşı məhkəmə özbaşınalığı...

Qarabağ əlilinə qarşı məhkəmə özbaşınalığı...


26-11-2019, 15:24
Qarabağ əlilinə qarşı məhkəmə özbaşınalığı...
DİA.AZ: - "Nərimanov məhkəməsinin hakimi Vüqar Quliyev 06.05.2019 tarixli qətnamə ilə xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı Qarabağ əlili Xaliq Abbaszadənin kəsilən pensiyasını bərpa edib , amma saxta icra sənədi tərtib edilməsinə hüquqi qiymət verməyib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Qətnamədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) tələbinə uyğun olaraq rəsmi qaydada verildikdən sonra 1 ay müddətində apellyasiya şikayəti verən iddiaçı əlilin və 3-cü şəxsin şikayətləri hələ də Bakı Apellyasiya Məhkəməsinə göndərilmir . Nə Ədliyyə Nazirliyi, nə Məhkəmə Hüquq Şurası, nə də məhkəmənin qarşısında etiraz aksiyası keçirmək xəbərdarlığı Nərimanov məhkəməsinin qeyri-prosessual hərəkətinə son qoyub. 3-cü şəxs Qarabağ əlili kimi bu sətirlərin yazarının tələbi üzrə ümumiyyətlə, qərar qəbul edilməyib. MPM-in 229-cu maddəsinə əsasən , irəli sürülən tələb üzrə sübut və izahat verilib, qərar qəbul edilməyibsə , məhkəmə əlavə qətnamə qəbul etməlidir. Hakim Vüqar Quliyev isə nəinki bu haqda ərizəyə baxıb, heç apellyasiya şikayətini apellyasiya instansiyasına da göndərməyib.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Elşad Şamayev olan Məmməd Məmmədov və Aida Hüseyn üçlüyü isə 3-cü şəxs Qarabağ əlilinə kassasiya şikayəti vermək üçün vəkil ayrılmasını təmin etməyib. Bu isə ciddi pozuntudur. MPM-in 67-ci maddəsi vəkilin xidmətlərini ödəmək imkanı olmayan şəxslərin yazılı müraciətləri əsasında onlara vəkil ayrılmasını məhkəmənin üzərinə qoyub. Lakin müvafiq əlillik haqqında sənədlər əlavə edilməklə məhkəməyə müraciət olunsa da, hələ də Bakı Apellyasiya Məhkəməsinin Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən ibarət heyəti Qarabağ əlilinə vəkil ayırmağı “unudub”. Onu da vurğulayaq ki, birinci instansiya hakimi Vüqar Quliyev Qarabağ əlilərinə vəkil ayrılmasından imtina etməsini onların aztəminatlı olmalarını sübut edə bilməmələri ilə izah edərək bu imtina haqqında qərardad belə qəbul etməyib. Halbuki əlillərin aztəminatlı ailələr kateqoriyasına aid olmasını əlillik haqqında məhkəməyə təqdim edilən vəsiqələrdən çıxarışlar sübut edir. Eyni zamanda, məhkəməyə daxil olan istənilən ərizə üzrə məhkəmə aktı qəbul olunmasıı və bu aktdan şikayət etmək hüququ da qanunvericiliyin tələbidir.

Görəsən, Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, Ombudsman əlilərin apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini və vəkillə təminatını gerçəkləşdirə biləcəklər, yoxsa, yenə ölkənin 1-ci şəxsləri işə qarışmalı olacaq?"

dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt